27-07-2025, 16:48 919

MTK-larla provayderlər arasında QARŞIDURMA: Zəif internetin səbəbi AÇIQLANDI

"Bəzi tikinti şirkətləri provayderlər üçün texniki məhdudiyyət yaradır". Bu, Azərbaycanın telekommunikasiya və poçt sahələrində tənzimləyici qurumu olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) internet telekommunikasiya xidməti göstərən operator və provayderlərlə növbəti görüş zamanı bildirilib. İKTA nümayəndələri bildiriblər ki, yeni tikilən binalarda, xüsusilə ETTH tətbiq edilən layihələrdə bəzi tikinti şirkətləri blok daxilində mənzillərə yalnız dörd lifli "Ethernet" kabelləri çəkirlər. Bu isə provayderlər üçün texniki məhdudiyyət yaradır və 100 Mbit/s üzərində sürətin təmin olunmasına imkan vermir. Halbuki 300, 500 və ya 1000 Mbit/s kimi yüksək sürətlər üçün ən azı səkkiz lifli "Ethernet" kabellərin istifadəsi tələb olunur. Qeyd edək ki, bu mövzuda artıq bir neçə dəfə görüş keçirilib. Lakin hələ də məsələ öz həllini tapmayıb. Tikinti şirkətlərinin tətbiq etdiyi məhdudiyyətə səbəb nədir?

AVESTA.AZ bununla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

"MTK-lar öz provayderlərini yaradırlar"

Əmlak məsələləri üzrə ekspert Firdovsi Xəlilovun sözlərinə görə, burada iki nəzərə alınmalı məqam var: "Hansı ki, bəzi binalar çoxdan təhvil verilib. Onlar inşa olunan dövrdə fiber optik kabellər yox idi. Provayderlərin də sayı həmin dövrdə çox az idi. Son dövrlərdə isə onların sayı xeyli artıb. Bu isə bazarda ciddi rəqabətə gətirib çıxarır. Rəqabət o qədər güclüdür ki, binalara, komendantlığa pulsuz internet təklif edirlər. O zaman seçim başlayır. Bəzi hallarda MTK-lar həm də provayder yaradırlar. Yəni binalarında özlərinə aid, yaxud yaxın olan şirkətlərə icazə verirlər. Tikinti şirkətlərinin çox az hissəsi provayderlərə azadlıq verir".

 

F.Xəlilovun fikrincə, bu vəziyyətə səbəb qanundakı boşluqlardır: "MTK-lar haqqında qanuna görə, tikinti bitdikdən sonra onların fəaliyyəti dayanmalıdır. Sakinlər özləri xidmət göstərən şirkət yaratmalıdırlar. Bu halda provayderlərini də özləri seçirlər. Amma əksər hallarda MTK-lar tikintidən sonra da fəaliyyətlərini davam etdirirlər. Onların da çox az hissəsi tenderlə ən güclü provayderi seçir. Əksəriyyəti maraqları olan şirkətlərlə işləyirlər".

"Maksimum qənaət etmək istəyirlər"

İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımovun sözlərinə görə, tikinti şirkətləri bina tikərkən maksimum qənaət etmək istəyirlər. O səbəbdən də daha aşağıkeyfiyyətli kabellər quraşdırırlar: "Onların məqsədi yüksəkkeyfiyyətli internet vermək deyil. Çünki bilirlər ki, onlar hansı şəbəkəni istəsə, həmin provayder fəaliyyət göstərəcək. Tikinti şirkətləri monopolist yanaşma aparırlar. İstifadəçi şikayət etsə belə, heç nə edə bilməyəcək".

F.Kazımovun fikrincə, MTK-ların aldığı avadanlıqlar olduqca məhduddur. O səbəbdən də onlarla güclü internet şəbəkəsi əldə etmək mümkün deyil: "Məsələn, Böyük Britaniyada bir neçə il öncə evlərə çəkilən internetdə maksimal hədd 500 meqabit idi. Amma hazırda 1600-dür. Bizdə isə provayderlər texniki cəhətdən inkişaf etsə də, binada həmin interneti qəbul edəcək avadanlıq yoxdursa, sürətli internet vermək mümkünsüz olur. Sakinlərin isə seçimi yoxdur. MTK-ların yaratdığı provayder xidmətləri də çox zəif olur. Hansısa fəsad olduqda, təmir edəcək mütəxəssisləri yoxdur. İri provayderlər isə daha yüksək səviyyədə xidmət təqdim edirlər".

"Bu zaman MTK-lar məcbur qaydalara riayət edəcək"

Fərid Kazımov bildirdi ki, əksər dünya ölkələrində bu xidmətlər qurumlar tərəfindən həyata keçirilir: "Ölkəmizdə bu məsələlər tam olaraq tənzimlənmir. Əslində aidiyyəti orqanlar tərəfindən xüsusi qaydalar təsdiqlənməlidir. Çünki tələblər dəyişir. Tələb olmalıdır ki, müasir kabellər çəkilsin. Böyük Britaniyada heç bir tikinti şirkəti özü kabeli çəkmir. Xüsusi şəbəkəyə, internetə aid qurumlar var. Həmin qurum internet kabeli çəkilməsini həyata keçirir. Provayder də gəlib həmin şəbəkəyə öz avadanlığını quraşdırır. Yəni texniki olaraq heç bir provayder gəlib özbaşınalıq edə bilmir. Bu səbəbdən mövcud durum tənzimlənməli, reqlamentləşməlidir. Bu zaman MTK-lar məcbur olub qaydalara riayət edəcək".

"Komendantlar pul istəyirlər"

İnşaat və əmlak məsələləri üzrə ekspert Elnur Azadovun fikrincə, provayderlərin çox olması yaxşı haldır. Amma onların çoxluğu bəzi özbaşınalıqlara da yol açır: "Provayderlərin köhnə binalara daxil olması, orada müəyyən xətlər çəkməsi şəffaf şəkildə aparılmır. Binalarda maksimum iki ya üç provayder olur, onlar da böyük və tanınmış şirkətlərdir. Yenitikili binalarda isə provayderlər sərbəst şəkildə xidmətlərini təqdim edə bilmirlər. Çünki komendantlar binaya hansısa provayder daxil olmaq istədikdə onlardan müəyyən pul tələb edirlər".

E.Azadov da düşünür ki, bu hal qanunvericilik və tikinti normalarında əksini tapmadıqca, həll edilməyəcək: "Bu məsələ tikinti və şəhərsalmaya aid qanunvericilikdə, inşaat normativlərində öz əksini tapmalıdır".

Paylaş

Xəbər lenti

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Bu gün, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Bu gün, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Bu gün, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Bu gün, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Bu gün, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Bu gün, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Bu gün, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Bu gün, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Bu gün, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Bu gün, 15:48 Qərbi Azərbaycanla bağlı muzey yaradılması nəzərdən keçirilir Bu gün, 15:48 Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb Bu gün, 15:48 "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun Əsasnaməsi" təsdiqlənib Bu gün, 15:48 Azərbaycan-Gürcüstan sərhədini pozan şəxslərdən narkotik maddə müsadirə edilib Bu gün, 15:48 Məhkəmə 250 mini mənimsəyən satış müdiri barədə qərar verdi Bu gün, 15:48 Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb Bu gün, 14:48 Həkim xəstəxana tualetlərində 874 qadını gizlicə kameraya çəkib Bu gün, 14:48 Ceyhun Bayramov: Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır Bu gün, 14:48 Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi davam etdirilir Bu gün, 14:48 Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb Bu gün, 14:48 Polis kredit götürmək istəyənə qarşı dələduzluq edən şəxsi saxlayıb Bu gün, 14:48 3 gün ardıcıl yağış və qar yağacaq - XƏBƏRDARLIQ Bu gün, 14:48 Mürsəl İbrahimov yeni rəis təyin etdi Bu gün, 14:48 Azərbaycan və Estoniya XİN başçılarının geniştərkibli görüşü olub Bu gün, 13:48 Horadiz-Ağbənd dəmir yolu xəttində 5 körpü tikilib Bu gün, 13:48 Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Milli Məclisdə VACİB TƏKLİF Bu gün, 13:48 ABŞ-də fırtına 500 mindən çox abonenti işıqsız qoydu Bu gün, 13:48 Türkiyədə məşhurlara qarşı istintaq - 3 tanınmış şəxs həbs edildi Bu gün, 13:48 El-Ninyo 1950-ci ildən bəri ən güclü həddə çata bilər Bu gün, 13:48 Qan analizi verənlərə xəbərdarlıq: Şəkərsiz qəhvə də nəticələri dəyişə bilər Bu gün, 13:48 Ceyhun Bayramov: Azərbaycan və Estoniya arasında 8 sənəd üzərində iş aparılır Bu gün, 13:48 "İnter" və "Yuventus" Azərbaycanın U-21 millisinin futbolçusu Lorenzo Mezzotero ilə maraqlanırlar Bu gün, 12:48 Mincivanda hərbi qulluqçulara xidməti mənzillərin orderləri təqdim edilib Bu gün, 12:48 Aparıcı Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı Bu gün, 12:48 Bir sıra mallar bütün gömrük ödənişlərindən azad oluncaq Bu gün, 12:48 Azərbaycanda şənbə günü hava dumanlı olacaq Bu gün, 12:48 Beşinci mərtəbədən yıxılaraq ölən tələbə vəfatından əvvəl atasına nə deyib? Bu gün, 12:48 Avtoservisdə ustanın 5 min manatı oğurlandı - Müştəri saxlanıldı Bu gün, 12:48 Ali məktəbdə təhsil alan uşaqlar üçün aliment ödənişlərinin 23 yaşa qədər uzadılması təklif edilib Bu gün, 12:48 Bankdan kredit götürənləri SEVİNDİRƏCƏK XƏBƏR - Borclar... Bu gün, 11:48 Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib Bu gün, 11:48 JAECOO Ginnesin Rekordlar Kitabına düşdü: üç zirvə və yeni dünya rekordu Bu gün, 11:48 İsa Həbibbəyli: Qafqaz Albaniyasının tarixi ilə bağlı araşdırmalar genişləndiriləcək Bu gün, 11:48 Milli Məclisin iclası başlayıb, 10 məsələ müzakirə ediləcək Bu gün, 11:48 Vüqar Bayramov: Zəngəzur dəhlizinin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsi mümkündür Bu gün, 11:48 Ali Məhkəmə: Körpənin doğuşda ölümü ilə bağlı cinayət işində pozuntu var Bu gün, 11:48 Məleykə Abbaszadə C bloku ilə bağlı məsələni nəzarətə götürüb, işçi qrupu yaradılıb Bu gün, 11:48 Sənədsiz evlərlə bağlı VACİB XƏBƏR: Yeni qərar nəyi dəyişəcək? Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR