30-07-2025, 19:48 441

Ələt-Astara istiqamətində ödənişli yol bu tarixdə TAMAMLANACAQ

Bu il iyulun 1-nə "Azərbaycanda regional kommunikasiyaların inkişafı" layihəsi çərçivəsində Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (IBRD - Dünya Bankı Qrupuna daxildir) təqdim etdiyi kreditin 97,08 %-i, yəni 63,1 milyon ABŞ dolları artıq istifadə olunub.

"Report"un Dünya Bankının hesabatına istinadən verdiyi məlumata görə, 2021-ci ilin dekabrında qüvvəyə minmiş layihənin ümumi dəyəri 96 milyon ABŞ dolları təşkil edir. Bu məbləğin 65 milyon ABŞ dolları IBRD krediti formasında təqdim olunub.

Layihə ölkədə təhlükəsiz, səmərəli və iqlim dəyişikliklərinə davamlı nəqliyyat əlaqələrinin qurulmasına, eləcə də Salyan-Biləsuvar (M3 magistralı - Ələt-Astara) avtomobil yolu boyunca əlaqələrin və bazarlara çıxışın yaxşılaşdırılmasına yönəlib. Onun 2026-cı il martın 31-dək tamamlanması nəzərdə tutulur.

Hesabatda qeyd olunur ki, layihənin səmərəli icrası nəticəsində müəyyən vəsaitə qənaət olunub və bu məbləğ dəhliz boyunca əlavə infrastrukturun yenidən qurulmasına yönləndirilib. "Yol bağlantısı" komponenti çərçivəsində bütün tikinti işləri, o cümlədən genişləndirilmiş həcm üzrə fəaliyyətlər artıq tamamlanıb. Ümumilikdə 67,35 km yol yenidən qurulub, 2,53 km yol təmir və asfaltlanıb, 1,3 km-lik yeni yol örtüyü döşənib, 10 yeni körpü tikilib.

Bu ilin iyun ayında Azərbaycan hökuməti IBRD-yə müraciət edərək layihə çərçivəsində qalan 2,3 milyon ABŞ dollarının Lənkəran və Masallı rayonlarında yerləşən iki körpünün yenidən qurulmasına yönəldilməsini təklif edib. Sözügedən körpülərin 6-7 ay ərzində tikilib istifadəyə verilməsi planlaşdırılır.

Hökumətin müraciətində bildirilir ki, layihənin icrası nəqliyyat axınının artmasına və yolun ətrafında yerləşən logistik və xidmət infrastrukturuna özəl investisiyaların cəlbinə təkan verib: "Bu səbəbdən kommersiya obyektlərinin dövlət vəsaiti hesabına maliyyələşdirilməsinə ehtiyac qalmayıb. Digər tərəfdən, M3 yolunun 193-cü və 197-ci kilometrlərində yerləşən, istismar baxımından müasir tələblərə cavab verməyən və təmiri iqtisadi cəhətdən əsaslandırılmayan iki köhnə körpünün dəyişdirilməsinin zəruriliyi vurğulanıb".

Yeni körpülərin söküntü, əlaqəli işlər, ümumi xərclər və ƏDV daxil olmaqla layihələndirilməsi və tikintisinin dəyəri 2,3 milyon ABŞ dolları səviyyəsində qiymətləndirilir. Bu işlərin daha əvvəl yol tikintisini həyata keçirən podratçı tərəfindən yerinə yetirilməsi nəzərdə tutulur. Belə yanaşma mövcud müqavilə çərçivəsində və layihənin satınalma komandası ilə razılaşdırılmış formada həyata keçiriləcək.

Dünya Bankı komandası bu vəsaitin yolkənarı ticarət infrastrukturu deyil, köhnəlmiş və təhlükəli vəziyyətdə olan iki körpünün yenidən qurulmasına yönəldilməsini dəstəkləyib. Nəticədə layihə çərçivəsində inşa edilən müasir körpülərin sayı 12-yə çatacaq.

Sözügedən iki körpünün yenidən qurulması layihənin əsas məqsədlərindən biri olan M3 magistral yolunun ödənişli rejimə keçirilməsi planlarına xidmət edir. Bu körpülər köhnə M3 yolunun tam funksionallığını təmin edəcək və ödənişli yol istifadəyə verildikdən sonra onun üçün alternativ, pulsuz marşrut rolunu oynayacaq. Beləliklə, yenidənqurma regionda davamlı əlaqənin təmin olunması məqsədinə uyğun gəlir. Ödənişli sistemə keçid "Yol sektorunun dayanıqlığı" komponenti çərçivəsində hazırlanan "Avtomobil yollarından istifadəyə görə ödəniş üzrə Milli Strategiya"da nəzərdə tutulub.

Bundan əlavə, bu komponent çərçivəsində intellektual nəqliyyat sistemlərinin (İNS) tətbiqi vasitəsilə yol şəbəkəsinin idarə olunması və istismar səmərəliliyinin artırılması üçün texniki yardım göstərilir. Əsas istiqamətlər kimi ödənişli yol sisteminin tətbiqi və nəqliyyat vasitələrinin oxlar üzrə həddindən artıq yüklənməsinin qarşısının alınması müəyyən edilib.

İsveçin "Swedish National Road Consulting AB" şirkəti yol şəbəkəsinin idarə olunması strategiyaları, İNS texnologiyalarının tətbiqi və ödəniş sistemləri üzrə Azərbaycan tərəfinə məsləhət xidməti göstərir.

Hesabatda qeyd olunur ki, bu tədbirlərin icrası artıq irəliləyiş mərhələsindədir. Əsas hesabatlar hazırlanıb və hazırda Dünya Bankında baxılır. Yekun nəticələrin 2025-ci ilin dekabr ayına qədər Azərbaycanın hökumət qurumları ilə razılaşdırılması gözlənilir.

Paylaş

Xəbər lenti

Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb Bu gün, 14:48 Həkim xəstəxana tualetlərində 874 qadını gizlicə kameraya çəkib Bu gün, 14:48 Ceyhun Bayramov: Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır Bu gün, 14:48 Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi davam etdirilir Bu gün, 14:48 Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb Bu gün, 14:48 Polis kredit götürmək istəyənə qarşı dələduzluq edən şəxsi saxlayıb Bu gün, 14:48 3 gün ardıcıl yağış və qar yağacaq - XƏBƏRDARLIQ Bu gün, 14:48 Mürsəl İbrahimov yeni rəis təyin etdi Bu gün, 14:48 Azərbaycan və Estoniya XİN başçılarının geniştərkibli görüşü olub Bu gün, 13:48 Horadiz-Ağbənd dəmir yolu xəttində 5 körpü tikilib Bu gün, 13:48 Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Milli Məclisdə VACİB TƏKLİF Bu gün, 13:48 ABŞ-də fırtına 500 mindən çox abonenti işıqsız qoydu Bu gün, 13:48 Türkiyədə məşhurlara qarşı istintaq - 3 tanınmış şəxs həbs edildi Bu gün, 13:48 El-Ninyo 1950-ci ildən bəri ən güclü həddə çata bilər Bu gün, 13:48 Qan analizi verənlərə xəbərdarlıq: Şəkərsiz qəhvə də nəticələri dəyişə bilər Bu gün, 13:48 Ceyhun Bayramov: Azərbaycan və Estoniya arasında 8 sənəd üzərində iş aparılır Bu gün, 13:48 "İnter" və "Yuventus" Azərbaycanın U-21 millisinin futbolçusu Lorenzo Mezzotero ilə maraqlanırlar Bu gün, 12:48 Mincivanda hərbi qulluqçulara xidməti mənzillərin orderləri təqdim edilib Bu gün, 12:48 Aparıcı Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı Bu gün, 12:48 Bir sıra mallar bütün gömrük ödənişlərindən azad oluncaq Bu gün, 12:48 Azərbaycanda şənbə günü hava dumanlı olacaq Bu gün, 12:48 Beşinci mərtəbədən yıxılaraq ölən tələbə vəfatından əvvəl atasına nə deyib? Bu gün, 12:48 Avtoservisdə ustanın 5 min manatı oğurlandı - Müştəri saxlanıldı Bu gün, 12:48 Ali məktəbdə təhsil alan uşaqlar üçün aliment ödənişlərinin 23 yaşa qədər uzadılması təklif edilib Bu gün, 12:48 Bankdan kredit götürənləri SEVİNDİRƏCƏK XƏBƏR - Borclar... Bu gün, 11:48 Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib Bu gün, 11:48 JAECOO Ginnesin Rekordlar Kitabına düşdü: üç zirvə və yeni dünya rekordu Bu gün, 11:48 İsa Həbibbəyli: Qafqaz Albaniyasının tarixi ilə bağlı araşdırmalar genişləndiriləcək Bu gün, 11:48 Milli Məclisin iclası başlayıb, 10 məsələ müzakirə ediləcək Bu gün, 11:48 Vüqar Bayramov: Zəngəzur dəhlizinin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsi mümkündür Bu gün, 11:48 Ali Məhkəmə: Körpənin doğuşda ölümü ilə bağlı cinayət işində pozuntu var Bu gün, 11:48 Məleykə Abbaszadə C bloku ilə bağlı məsələni nəzarətə götürüb, işçi qrupu yaradılıb Bu gün, 11:48 Sənədsiz evlərlə bağlı VACİB XƏBƏR: Yeni qərar nəyi dəyişəcək? Bu gün, 11:48 Türkiyədə "Halk TV"yə qarşı əməliyyat - Ece Üner və əri saxlanıldı Bu gün, 11:48 DMX-dən Azərbaycana gələn Rusiya vətəndaşlarına XƏBƏRDARLIQ Bu gün, 10:48 Ağsuda 7 yaşlı uşağın üzərinə ağac düşməsi nəticəsində ölüb Bu gün, 10:48 AAYDA: Hacıqabul–Mincivan yolunda icazəsiz giriş-çıxış yolu təşkil edilib Bu gün, 10:48 Azərbaycanda yükdaşımalarla bağlı yeni maliyyə sanksiyası və vergi-gömrük güzəştləri müəyyənləşir Bu gün, 10:48 Səngəçalda yük avtomobillərin iştirakı ilə qəza olub, ölən var Bu gün, 10:48 Bu kəndlərdə modul tipli məktəb binaları quraşdırılacaq - 1,5 milyonluq LAYİHƏ Bu gün, 10:48 Fira Cəlilovanın evində cinayətkarı gizlədən şəxsi hansı cəza gözləyir? Bu gün, 10:48 Azərbaycanla Ermənistan arasında "Sülh körpüsü" çərçivəsində yaradılan komitələrdə müzakirələr keçirilib Bu gün, 10:48 "Beşiktaş" - "Hapoel" matçından sonra Gürcüstanda 16 nəfər SAXLANILDI Bu gün, 09:48 İraqda neft qaçaqmalçılığı ilə bağlı araşdırmalar: Yüksək vəzifəli şəxslər vəzifəsini itirəcək Bu gün, 09:48 Azərbaycanlı aktyor pilləkəndən belə yıxıldı - ANBAAN GÖRÜNTÜ Bu gün, 09:48 İbrahim Borçalının qızının nişanından GÖRÜNTÜLƏR Bu gün, 09:48 Azərbaycan Premyer Liqası: Bu gün "İmişli" "Şəfa"nı, "Neftçi" "Zirə"ni qəbul edəcək Bu gün, 09:48 Həmin şəxs Fira Cəlilovanın qohumu deyil - DETALLAR Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR