27-02-2025, 21:48 428

Dünya Bankı beş ildə Azərbaycana 1,5 milyard dollaradək vəsait ayırmağı planlaşdırır

Dünya Bankı Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (IBRD) xəttilə növbəti beş il ərzində Azərbaycana 1 milyard ABŞ dollarından 1,5 milyard dollaradək vəsait ayırmaq niyyətindədir.

Bu barədə "Report"a Dünya Bankından məlumat verilib. Maliyyələşdirmənin həcmi kreditləşmənin hansı templə aparılmasından asılı olacaq.

IBRD-nin 2025-2026-cı maliyyə illəri üçün ilkin planına Azərbaycan hökumətinin müraciəti əsasında 4-5 yeni layihə daxil edilib. Orta illik maliyyələşdirmə 250-400 milyon ABŞ dolları təşkil edəcək. O cümlədən aşağıdakı layihələrə vəsaitin ayrılması nəzərdə tutulur: məşğulluğun dəstəklənməsi layihəsinə əlavə maliyyə - 150 milyon ABŞ dolları, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi (regional proqram çərçivəsində) - 225 milyon ABŞ dolları, rəqabətqabiliyyətli və dayanıqlı kənd təsərrüfatının, o cümlədən irriqasiyanın inkişafı layihəsi - 400 milyon ABŞ dolları, Bakının inkişafı layihəsi – 100-300 milyon ABŞ dolları.

Bu vəsaitin təxminən yarısının 2025-ci ilin iyun ayının sonunadək, qalan hissəsinin isə növbəti maliyyə ilində ayrılacağı gözlənilir.

"Gələcəkdə Dünya Bankı Qrupu uzunmüddətli strategiya çərçivəsində əlavə əməkdaşlıq tədbirlərinin müəyyən edilməsi üçün Azərbaycan hökuməti ilə işləməyi planlaşdırır. İlkin dövrdə əsas diqqət aşağı karbonlu iqtisadiyyata keçid, nəqliyyat əlaqələrinin inkişafı, su resurslarının idarə edilməsi, maliyyə sektorunda islahatlar və rəqəmsal transformasiyaya istiqamətlənmiş analitik dəstəyə yönəldiləcək. Bu, proqramının həyata keçirilməsinin ikinci yarısında yeni investisiya layihələri üçün əsas ola bilər", - bankdan qeyd edilib.

2024-cü il dekabrın əvvəlində Azərbaycanda IBRD-nin ümumi istifadə olunmamış vəsaiti 176,1 milyon ABŞ dolları olmaqla iki kredit proqramı (məşğulluq və nəqliyyat sahələrində) qüvvədə idi.

Xatırladaq ki, Azərbaycan Dünya Bankı ilə 1992-ci ildən əməkdaşlıq edir. Bu müddət ərzində Dünya Bankı ölkəyə 52 layihənin həyata keçirilməsi üçün 4 milyard ABŞ dollarından çox vəsait ayırıb.

Azərbaycan IBRD səhmlərinin 0,13 %-nə sahibdir ki, bu da 2 371 səhm təşkil edir. Onların abunəliyi üçün ölkə hökuməti 286 milyon ABŞ dolları ödəyib. Yaxın vaxtlarda 60,915 milyon ABŞ dolları dəyərində olan daha 505 səhmin alınması planlaşdırılır.

Paylaş

Xəbər lenti

Röya Ayxanın adından saxta konsert təşkil edib, bilet satdılar Bu gün, 01:48 "Ən çətini şəhid nəşinin ailələrə təhvil verilməsi idi" - Xilasetmə əməliyyatının qəhrəmanları danışdılar Bu gün, 00:48 Yaponiya 50,4 milyard dollarlıq rekord valyuta intervensiyası keçirib Bu gün, 00:48 Bayramı rayonlarda keçirmək istəyənlər çıxılmaz vəziyyətdə qaldılar Bu gün, 00:48 Tramp İranla müharibə zamanı ABŞ-nin qoruduğu ölkələrdən ödəniş tələb edib Bu gün, 00:48 Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür Bu gün, 00:48 Tərtər şəhərinin atəşə tutulmasından 6 il ötür Bu gün, 00:48 Bu gün Mustafa Kamal Atatürkün anım günüdür Bu gün, 00:48 Ağ Evdə təhlükəsizlik tədbirləri gücləndirilib Dünən, 23:48 Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək? Dünən, 23:48 Lüksemburqda Zəfər Günü qeyd olunub Dünən, 23:48 İzmirdə zavodda baş verən partlayışla bağlı 6 nəfər saxlanılıb Dünən, 23:48 Günəşdə XXI əsrin rekordu təkrarlandı Dünən, 23:48 Yapon alimlərindən inqilabi kəşf: İtirilmiş dişlər yenidən çıxa bilər Dünən, 23:48 Yod çatışmazlığına qarşı ən sadə üsul Dünən, 23:48 Azərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci cüzi azaldıb Dünən, 23:48 Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib Dünən, 22:48 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var Dünən, 22:48 Azərbaycanın həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub Dünən, 22:48 Aşağı Gövhərağa məscidinin minarəsində hansı sirr var? Dünən, 22:48 Ərdoğan: Artıq Qarabağın hər tərəfində sülh küləkləri əsir Dünən, 21:48 Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır Dünən, 21:48 Türkiyə Prezidenti: Gabarda iki yeni sahədə 135 milyon barel neft potensialı aşkarlanıb Dünən, 21:48 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" Dünən, 21:48 Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi Dünən, 20:48 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq Dünən, 20:48 Almaniyada ilk dəfə qadın prezident seçilə bilər Dünən, 20:48 İzmirdəki zavodda partlayışda ölənlərin sayı 10-a çatıb Dünən, 20:48 Rəsmi Bakı Türkiyəyə başsağlığı verib Dünən, 20:48 Fransanı yenidən ümumxalq etirazları bürüyəcək Dünən, 19:48 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb Dünən, 19:48 Sabiq vəzifəli şəxs vəfat etdi Dünən, 19:48 Zəlzələ təhlükəsi ilə bağlı gərgin müzakirə: "Neçə balda yıxılıb öləcəyik?" Dünən, 19:48 Əsrlərin Qaraqayası: azərbaycanlılar qovulub, kəndin adı dəyişdirilib Dünən, 19:48 Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım edib Dünən, 19:48 Türkiyədə 4,6 maqnitudalı zəlzələ olub Dünən, 18:48 Muxtar Babayev: COP31-də azərbaycanlı məsləhətçilər mühüm rol oynayırlar Dünən, 18:48 Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq Dünən, 18:48 Bölgəyə mesaj: Bakı və Ankara birlikdə hansı addımları atacaq? Dünən, 18:48 İran sülh danışıqlarına başlamaq üçün şərtlərini açıqladı Dünən, 17:48 GECO Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirəcək enerji dəhlizi üçün Aİ-yə müraciət edib Dünən, 17:48 COP31-in əsas mövzuları arasında Xəzər dənizinin problemləri də yer alır Dünən, 17:48 Prezidentin nümayəndəsi: Azərbaycan üçün su təhlükəsizliyi milli strateji prioritetdir Dünən, 17:48 Brüsseldə Zəfər Günü qeyd olunub Dünən, 17:48 SOCAR və "Sinopec Corp." Strateji əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb Dünən, 16:48 Tramp İranla müharibənin respublikaçıların seçkilərdə məğlubiyyətinə təsirini etiraf edib Dünən, 16:48 Azərbaycanla Türkiyəni birləşdirən bağlar siyasi maraq və müvəqqəti proseslərdən daha güclüdür Dünən, 16:48 İzmirdəki partlayışda ölənlərin sayı artıb Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR