
Xaçmazda dənizsahili ərazidə kolluq və qamışlıq sahədə yanğın hadisəsi baş verib.
Bu barədə AVESTA.AZ-in "qaynar xətti"nə yerli sakinlər məlumat verib.
Məlumata görə, İstisu qəsəbəsi ərazisində başlayan yanğın güclü külək səbəbindən qısa zamanda geniş əraziyə yayılıb. Yanğın nəticəsində yaranan qatı tüstü Nabran-Xudat yolunda avtomobillərin hərəkətini çətinləşdirib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.