
2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycan 10-dan çox ölkəyə ümumilikdə 18 milyon 392 min 916 ton neft ixrac edib.
BAKU.WS Dövlət Gömrük Komitəsinin statistik məlumatlarına istinadən xəbər verir ki, Azərbaycanın neft ixracında İtaliya, Çexiya və Hindistan ilk üç pillədə qərarlaşıb.
Cari ilin ilk 10 ayında ən çox Azərbaycan nefti alan ölkə İtaliya olub. Bu ölkəyə 6 milyard 812 milyon 48 min ABŞ dolları dəyərində 10 milyon 532 min 637 ton xam neft göndərilib.
İkinci sırada yer alan Çexiyaya 974 milyon 771 min ABŞ dolları dəyərində 1 milyon 413 min 395 ton, üçüncü pillədə qərarlaşan Hindistana isə 666 milyon 532 min ABŞ dolları dəyərində 830 min 49 ton neft ixrac olunub.
Azərbaycanın ən çox neft ixrac etdiyi 10 ölkənin siyahısını təqdim edirik:
| № | Ölkələr | Miqdar (ton) | 2025-ci ilin yanvar-oktyabr aylarına nisbətən | Statistik dəyər (min ABŞ dolları) | 2025-ci ilin yanvar-oktyabr aylarına nisbətən |
| 1 | İtaliya | 10 532 637 | -12,8 % | 6 812 048 | +9,3 % |
| 2 | Çexiya | 1 413 395 | +8,1 % | 974 771 | +39 % |
| 3 | Hindistan | 830 049 | +3,3 dəfə | 666 532 | +5,3 dəfə |
| 4 | Rumıniya | 1 027 111 | +18,1 % | 653 588 | +1,4 dəfə |
| 5 | Almaniya | 716 764 | -25 % | 474 735 | -5,4 % |
| 6 | Bolqarıstan | 440 759 | +5,6 dəfə | 330 738 | +6,9 dəfə |
| 7 | Tunis | 491 217 | +1,6 dəfə | 315 552 | +2 dəfə |
| 8 | İndoneziya | 428 786 | +3,3 dəfə | 287 910 | +4 dəfə |
| 9 | Portuqaliya | 395 032 | -51 % | 221 958 | -48,5 % |
| 10 | İsveçrə | 286 774 | +1,7 dəfə | 206 298 | +2,1 dəfə |
| Digərləri | 1 830 391 | x | 1 217 837 | x | |
| Cəmi | 18 392 916 | -11,4 | 12 161 967 | +12,1 |
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.