4-08-2025, 13:48 1046

Birinci qrup üzrə universitetlərin təhsil haqları - RƏQƏMLƏR

Qəbul imtahanından keçən abituriyentlər qarşısında dayanan önəmli məsələlərdən biri də ixtisas seçimidir. Onlar əmək bazarına uyğun ixtisasa yiyələnməklə yanaşı, ödənişli əsaslarla təhsil alan zaman universitetlərin tələb etdiyi illik təhsil haqqına da fikir verməlidirlər. Hələlik universitetlərin plan yerləri və ixtisaslar üzrə tələb etdikləri illik ödənişin məbləği ilə bağlı konkret rəqəmlər məlum olmasa da, artıq bir sıra universitetlər ötənilki ilə müqayisədə bu il təhsil haqlarında müəyyən artımların olacağını qeyd ediblər.

BAKU.WS Modern.az-a istinadən I ixtisas qrupu üzrə ötən il üçün universitetlərin təhsil haqlarını təqdim edir:

Bakı Dövlət Universitetində əksər ixtisasların illik təhsil haqqı 2100 manatdır. Onlar içərisində sadəcə Yerquruluşu və daşınmaz əmlakın kadastrının (qiyabi) təhsil haqqı 1700 manatdır. Bundan başqa universitetin Qazax filialında tədrisi aparılan - Fizika müəllimliyi (əyani) , riyaziyyat müəllimliyi (əyani), həmçinin riyaziyyat və informatika müəllimliyinin (əyani) illik təhsil haqqı 1500 manat olub.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində ötən il I qrupa aid olan bütün ixtisasların ödənişi 2000 manat təşkil edib.

Azərbaycan Texniki Universitetində bu qrupa aid olan ixtisasların illik təhsil haqqı 1700-2100 manat aralığında dəyişir.

Azərbaycan Memarlıq və İnşaat Universitetində də əksər ixtisasların illik ödənişi 2000 manat təşkil edir. Bu universitetdə qrup üzrə ən yüksək təhsil haqqı Memarlıq (tədbir ingilis dilində) ixtisasında tələb olunur. Həmin ixtisas üzrə illik ödəniş 2500 manat təşkil edir. Bundan başqa iki ixtisas - İnformasiya texnologiyalar və Yerquruluşu və daşınmaz əmlakın kadastrı (hər ikisi qiyabi təhsil forması üzrə) üzrə illik ödənişi 1700 manat təşkil edib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin I qrup üzrə tədris olunan ixtisaslarında illik ödəniş 2000-2300 manat arasında dəyişir. Belə ki, universitetin Bakıda yerləşən əsas binasında ixtisaslar üzrə təhsil haqqı 2300 manat təşkil edirsə, region filiallarında - Şamaxı, Ağcabədi, Quba və Şəki filiallarında isə 2000 manat təşkil edir.

Azərbaycan Dövlət İqtisad Universitetində ixtisaslar üzrə illik ödəniş 1400-2200 manat arasında dəyişir.

Bakı Mühəndislik Universitetində I qrup üzrə ən aşağı təhsil haqqı tələb olunan ixtisaslar Ekologiya, energetika, maşın mühəndisliyidir ki, bunların da illik təhsil haqqı 2200 manatdır. Ən yüksək təhsil haqqı isə tədrisi həm Azərbaycan, həm də ingilis dilində aparılan memarlıq ixtisasıdır. Bu ixtisasda təhsil alanlar illik 2700 manat pul ödəyir.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında I qrup üzrə tədrisi aparılan Kompüter elmləri ixtisasında illik təhsil haqqı 2500 manatdır.

Azərbaycan Diplomatik Akademiyası və İtaliya-Azərbaycan Universitetində I qrupa aid ümumilikdə 8 ixtisas tədris edilir ki, onların da hər biri üzrə illik tələb olunan ödəniş 6000 manatdır.

Milli Aviasiya Akademiyasında I qrup üzrə tədrisi nəzərdə tutulan bütün ixtisasların illik ödənişi 2500 manatdır, Azərbaycan Dövlət Dəniz Akademiyasında isə hər ixtisas görə ödəniş 2000 manat təşkil edir.

Bakı Ali Neft Məktəbində bu qrupa aid 12 ixtisasın tədrisi həyata keçirilir, onların hər birinin illik ödənişi isə 4500 manatdır.

Dövlət Gömrük Komitəsinin Akademiyasında isə keçirilən İnformasiya təhlükəsizliyi və İnformasiya texnologiyaları üzrə ödəniş müvafiq olaraq 2500 və 2800 manat təşkil edir.

Region universitetlərinə gəldikdə isə Naxçıvan Dövlət Universitetində illik təhsil haqları 1400-1700 manat arasında dəyişirsə, Naxçıvan Müəllimlər İnstitutunda isə bu qrupa bağlı tədris olunan 3 ixtisas üzrə illik ödənişlərin hər biri 1700 manatdır.

Gəncə Dövlət Universitetində illik təhsil haqqı ən aşağı olan ixtisas maşın mühəndisliyidir, bu ixtisas üzrə təhsil alan tələbələr 1200 manat pul ödəyir. Riyaziyyat, həmçinin informatika müəllimliyi ixtisasları üzrə tələb olunan ödəniş isə 1800 manatdır. Bu, universitetdə tədris olunan ixtisaslar arasında tələb olunan ən yüksək təhsil haqqıdır.

Azərbaycan Dövlət Aqrar Universitetində isə əksər ixtisaslar yalnız dövlət sifarişi hesabına aparılır, lakin bu ali təhsil mərkəzlərində tədris olunan kompüter mühəndisliyi və informasiya texnologiyaları (hər ikisi əyani olmaqla) ixtisasında illik 1700 manat təhsil haqqı tələb olunur. Gəncə şəhərində yerləşən Texnologiya Universitetində isə tələbələrdən tələb olunan illik ödəniş 1350-1550 manat arasında dəyişir.

Paylaş

Xəbər lenti

Harri Keyn tənqidlərə münasibət bildirdi Bu gün, 12:48 Zakir Həsənov: Ali Baş Komandan Azərbaycan Ordusunun fəaliyyətindən razıdır Bu gün, 12:48 Əli Kərimlinin məhkəməsi başlayıb Bu gün, 12:48 Vüqar Bayramov: "Bütün keçmiş məcburi köçkünlərə ev təklif ediləcək" Bu gün, 12:48 Yol kənarında kabel od tutub YANDI Bu gün, 12:48 Azərbaycanın yeni Ombudsmanı SEÇİLDİ Bu gün, 12:48 Kriştianu Ronaldonun oğlu Portuqaliya millisinin U-17 komandasına dəvət alıb Bu gün, 12:48 Azərbaycanlılarının pulunu talayan beynəlxalq şəbəkənin "Call center"inə zərbə vuruldu Bu gün, 12:48 Bakıda sabah 23 dərəcə isti olacaq - HAVA PROQNOZU Bu gün, 12:48 Amerikalı milyonçu ailəsi ilə birlikdə təyyarə qəzasında həlak oldu Bu gün, 12:48 ABŞ-nin strateji neft ehtiyatları 44 ildən sonra ən aşağı səviyyəyə düşdü Bu gün, 12:48 Məşhur televiziya aparıcısının beynindən şiş çıxarılıb Bu gün, 12:48 Səbinə Əliyeva əsas hədəflərini açıqladı Bu gün, 12:48 İran ABŞ-yə xəbərdarlıq etdi: "Müharibə regionla məhdudlaşmayacaq" Bu gün, 12:48 Baku Steel Company "Baku Steel Art 2026" layihəsində sənaye ilə incəsənəti bir araya gətirir Bu gün, 12:48 Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular Bu gün, 11:48 Bakının mərkəzində "avtoşluq" edən sürücünün görüntüləri yayıldı Bu gün, 11:48 Nizami City-də təmirli mənzil kampaniyası başladı:  Məhdud sayda mənzil Bu gün, 11:48 Dövlət Vergi Xidmətinin vəzifəli şəxsi həbs olunub - RƏSMİ Bu gün, 11:48 Milli Məclisin iclası başlayıb, bəyanat qəbul ediləcək Bu gün, 11:48 Milli Məclis İlham Əliyev və Mehriban Əliyevaya Zəfər Günü münasibətilə təbrik məktubu ünvanlayıb Bu gün, 11:48 Prezident İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib Bu gün, 11:48 Azərbaycan Prezidenti İlham Əliyev Keniyanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib Bu gün, 11:48 Prezident İlham Əliyev Laosa səfərə dəvət edilib Bu gün, 11:48 İlham Əliyev Panama Prezidentini milli bayram münasibətilə təbrik edib Bu gün, 11:48 Azərbaycanın Aİ-98 benzini aldığı ölkələr – SİYAHI Bu gün, 11:48 Bakıda məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdırıldı Bu gün, 11:48 Çin krossoveri Böyük Britaniyada satışların zirvəsinə yüksəldi! Bu gün, 10:48 ARDNF-nin dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 milyard manatı ötüb Bu gün, 10:48 Nailə İslamzadədən danışan Çingiz Abdullayev: "40 il əvvəl atam sevirdi, indi mən..." Bu gün, 10:48 Əli Kərimlinin məhkəməsi başlayır Bu gün, 10:48 Bakıda bir-birinə yol verməyən avtomobillər TOQQUŞDU Bu gün, 10:48 "Neftçi" XXI əsrdə ilk 10 tur üçün qol rekordunu yeniləyib Bu gün, 10:48 Blok3 reklama çəkilmək üçün 100 milyon istədi Bu gün, 10:48 Azeri Light nefti kəskin ucuzlaşıb: Qiyməti 116 dollara düşüb Bu gün, 10:48 Gürcüstan-Azərbaycan sərhədində əməliyyat - 433 mobil telefon aşkarlandı Bu gün, 10:48 Ağır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar Bu gün, 09:48 Qaradağda yeni körpülərin sayı 5-ə çatıb, onlardan 3-ü Qobustandadır Bu gün, 09:48 Bu il özəl məktəblərdə təhsil haqları nə qədər artıb? - QİYMƏTLƏR Bu gün, 09:48 Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat Bu gün, 09:48 UEFA Çempionlar Liqasında IV turun həyəcanı başlayır: Bu gün 9 oyun keçiriləcək Bu gün, 09:48 Sumqayıtda 18 yaşlı oğlan özündən böyük sevgilisini küçədə döydü Bu gün, 09:48 Rusiya və Ukrayna arasında yeni danışıqlar: Tarix və məkan açıqlanıb Bu gün, 09:48 18 yaşlı müştəri kafe sahibini bıçaqladı Bu gün, 09:48 Kanadada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ Bu gün, 08:48 Hesaba görə başlayan mübahisə qanla bitdi Bu gün, 08:48 Bu rayonlarda işıq olmayacaq - Siyahı Bu gün, 08:48 Müctəba Xameneinin olduğu yer niyə gizli saxlanılır? Bu gün, 08:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR