Bu gün, 09:48 50

Bu il özəl məktəblərdə təhsil haqları nə qədər artıb? - QİYMƏTLƏR

Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər isə məktəbdən, tədris proqramından və sinif səviyyəsindən asılı olaraq dəyişir. Bəs bu il özəl məktəblərdə təhsil almaq neçəyə başa gəlir və qiymətlər ötən illə müqayisədə necə dəyişib?

AVESTA.AZ Trend-ə istinadən xəbər verir ki, 2026–2027-ci tədris ilində özəl məktəblərdə illik təhsil haqları fərqli məbləğlər təşkil edir.

Hədəf Liseyində bu ildən təhsil haqqı filial, tədris dili və proqramdan asılı olaraq 4 000–12 000 manat arasında dəyişir. Qeyd edək ki, ötən tədris ilində Hədəf Liseyində illik təhsil haqları 5 000–9 000 manat arasında dəyişirdi.

LANDAU School-da 2026–2027-ci tədris ili üzrə ibtidai siniflərdə (I–IV) illik təhsil haqqı 9 200 manat təşkil edir. Ötən tədris ilində isə ibtidai siniflər üzrə illik təhsil haqqı 6 300–8 700 manat arasında dəyişib. 2026–2027-ci tədris ili üzrə orta siniflərdə illik təhsil haqqı sinif və tədris proqramından asılı olaraq dəyişir. Belə ki, 5–7-ci siniflərdə illik ödəniş 10 700 manat, 8–9-cu siniflərdə isə 11 500 manat təşkil edir. 10–11-ci siniflər üzrə SAT proqramının təhsil haqqı 11 650 manat, A-Level proqramı üzrə isə 14 400 manatdır. Ötən tədris ilində illik təhsil haqları 7 300–13 600 manat arasında dəyişib.

Xəzər Universiteti Dünya Məktəbində illik təhsil haqqı 2026–2027-ci tədris ili üçün sinif səviyyəsinə və təhsil proqramına görə fərqlənir.

I–IV siniflər (PYP, ingilis bölməsi) – 9 500 manat; V–IX siniflər (MYP, ingilis bölməsi) – 11 000 manat; X–XI siniflər (IB Diplom Proqramı) – məktəbin hazırkı şagirdləri üçün 12 000 manat, digər məktəblərdən gələnlər üçün 14 000 manatdır.

Bakı Oxford Məktəbində 2026–2027-ci tədris ili üzrə illik təhsil haqları məktəbəqədər hazırlıq pilləsində 9 000 manat, ibtidai siniflərdə 17 000–17 500 manat, orta siniflərdə isə 18 000–19 000 manat təşkil edir. Yuxarı siniflərdə təhsil haqqı proqramdan asılı olaraq 17 500–22 700 manat arasında dəyişir. Məktəbəqədər hazırlıq və ibtidai siniflər üzrə qəbul üçün 100 manat müraciət haqqı da nəzərdə tutulub. Ötən tədris ilində məktəbin ibtidai siniflərində illik təhsil haqqı 17 000–17 500 manat, yuxarı siniflərdə isə 17 500–20 500 manat arasında dəyişib.

Kaspi Liseyində illik təhsil haqları filial və bölmədən asılı olaraq 6 000–11 100 manat arasında dəyişir. Qiymətə dərsliklər, gündə üç dəfə qidalanma, bir ödənişsiz dərnək və məktəbli forması daxildir. Ötən tədris ilində lisey də illik təhsil haqları 8 350–9 450 manat arasında dəyişib.

Azərbaycan Britaniya Kollecində məktəbəqədər təhsil 11 000 manat, I–VI siniflər 20 000 manat, VII–XII siniflər 21 000 manat, XIII sinif (A-Level) üzrə isə 22 000 manatdır.

Avropa Azərbaycan Məktəbində illik təhsil haqları sinif səviyyəsindən asılı olaraq 9 000–17 500 manat arasında dəyişir. Məktəbəqədər təhsil 9 000, I–IV siniflər 12 500, V–IX siniflər 14 500, X–XII siniflər isə 17 500 manatdır. Ötən tədris ilində illik təhsil haqları 11 250–16 250 manat olub.

SABIS SUN International School-da 2026–2027-ci tədris ili üzrə illik təhsil haqları sinifdən asılı olaraq 12 206–17 000 manat arasında dəyişir. Ötən tədris ilində illik təhsil haqları 14 400–15 900 manat arasında dəyişib.

Bakı Modern Təhsil Kompleksi I-IV siniflər üzrə illik təhsil haqqı Azərbaycan bölməsi üzrə 13.000 manat, inglis bölməsi üçün 18,000, 9-11 siniflər üzrə təhsil haqqı inglis bölməsi üzrə 17 min manat təşkil edir. Ödənişə gündə 3 dəfə sağlam qidalanma, xarici dil, üzgüçülük, şahmat, gimnastika, rəqs, robototexnika və s. dərnəkləri də aiddir. Ötən il illik təhsil haqqı 12 000 manatdan başlayırdı.

Paylaş

Xəbər lenti

Çin krossoveri Böyük Britaniyada satışların zirvəsinə yüksəldi! Bu gün, 10:48 ARDNF-nin dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 milyard manatı ötüb Bu gün, 10:48 Nailə İslamzadədən danışan Çingiz Abdullayev: "40 il əvvəl atam sevirdi, indi mən..." Bu gün, 10:48 Əli Kərimlinin məhkəməsi başlayır Bu gün, 10:48 Bakıda bir-birinə yol verməyən avtomobillər TOQQUŞDU Bu gün, 10:48 "Neftçi" XXI əsrdə ilk 10 tur üçün qol rekordunu yeniləyib Bu gün, 10:48 Blok3 reklama çəkilmək üçün 100 milyon istədi Bu gün, 10:48 Azeri Light nefti kəskin ucuzlaşıb: Qiyməti 116 dollara düşüb Bu gün, 10:48 Gürcüstan-Azərbaycan sərhədində əməliyyat - 433 mobil telefon aşkarlandı Bu gün, 10:48 Ağır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar Bu gün, 09:48 Qaradağda yeni körpülərin sayı 5-ə çatıb, onlardan 3-ü Qobustandadır Bu gün, 09:48 Bu il özəl məktəblərdə təhsil haqları nə qədər artıb? - QİYMƏTLƏR Bu gün, 09:48 Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat Bu gün, 09:48 UEFA Çempionlar Liqasında IV turun həyəcanı başlayır: Bu gün 9 oyun keçiriləcək Bu gün, 09:48 Sumqayıtda 18 yaşlı oğlan özündən böyük sevgilisini küçədə döydü Bu gün, 09:48 Rusiya və Ukrayna arasında yeni danışıqlar: Tarix və məkan açıqlanıb Bu gün, 09:48 18 yaşlı müştəri kafe sahibini bıçaqladı Bu gün, 09:48 Kanadada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ Bu gün, 08:48 Hesaba görə başlayan mübahisə qanla bitdi Bu gün, 08:48 Bu rayonlarda işıq olmayacaq - Siyahı Bu gün, 08:48 Müctəba Xameneinin olduğu yer niyə gizli saxlanılır? Bu gün, 08:48 Bərdədə qadın evində ölü tapıldı Bu gün, 08:48 Rusiyada erməniəsilli iş adamının arvadını və qızını qəddarlıqla öldürən şəxsə hökm oxundu Dünən, 23:48 Əraqçi İranın ABŞ-yə göndərdiyi şərtləri açıqlayıb Dünən, 23:48 Zəfər Günü ilə bağlı Daşkənddə rəsmi qəbul keçirilib Dünən, 23:48 Avropa ölkələrində supermarketlərə kiberhücum: Milyonlarla avroluq ərzaq korlandı Dünən, 23:48 Tramp CAR və Ruandanı ABŞ-nin ticarət güzəştlərindən məhrum etmək qərarına gəlib Dünən, 23:48 Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var Dünən, 22:48 Sabah Bakının bir çox ərazilərində işıq kəsiləcək Dünən, 22:48 Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır Dünən, 22:48 Darçın qan şəkərinin səviyyəsinə necə təsir edir? - VACİB TÖVSİYƏ Dünən, 22:48 Paytaxtda üç avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir Dünən, 22:48 Cinayət prosesində fəaliyyət qabiliyyəti olmayan şəxslərə dəstək mexanizmlərinin yaradılması tövsiyə edilib Dünən, 21:48 Samir Şərifov: Orta Dəhlizin inkişafı regional inteqrasiyaya töhfə verir Dünən, 21:48 Kamara Usman: "Volkanovski tarixdəki ən yaxşı yarım yüngül çəkili döyüşçüdür" Dünən, 21:48 Azərbaycan taekvondoçusu Qaşim Maqomedov beynəlxalq turnirdə qızıl medal qazanıb Dünən, 21:48 Bakıda Xankəndiyə "Stepanakert" deyən erməni jurnalistin bir reaksiyası ilə səhvini anında düzəltdi Dünən, 20:48 Bu ərazilərdəki məktəblər TƏMİR EDİLƏCƏK Dünən, 20:48 Müctəba Xamenei İran hökumətinə ABŞ ilə dialoq üçün səlahiyyətlər verib Dünən, 20:48 Azərbaycanlı karateçi Yusif Qəhrəmanlı Avropa birinciliyində gümüş medal qazanıb Dünən, 20:48 Azərbaycan bölgələrində sertifikatlı toxum satışı təşkil ediləcək Dünən, 20:48 Sürücülərə avtomobilləri qışa hazırlamaq üçün tövsiyələr verilib Dünən, 19:48 Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib Dünən, 19:48 "Şəki Yaylası"nda faciəyə görə iki nəfər həbs olundu Dünən, 19:48 700 min vətəndaşın maaşı artacaq - Deputatdan YENİ AÇIQLAMA Dünən, 19:48 Bakıda Yeni il yarmarkaları təşkil olunacaq? Dünən, 19:48 Noutbukdan bu cür istifadə kişilərdə sonsuzluq riskini artıra bilər Dünən, 19:48 Belçikanın baş naziri istefa ərizəsini krala təqdim edib Dünən, 18:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR