
Özbəkistanın paytaxtı Daşkənddə Azərbaycanın Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfiri Rəşad Məmmədov "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
"Azərbaycanın Özbəkistanndakı Səfirliyinin və səfirliyin tabeliyində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə "Hyatt Regency Tashkent" hotelində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş təntənəli rəsmi qəbul keçirilib", - o yazıb.
Qeyd olunub ki, tədbirdə dövlət və hökumət nümayəndələri, diplomatik korpusun üzvləri, beynəlxalq təşkilatların təmsilçiləri, elm, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan diasporunun üzvləri, eləcə də yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
???????? Daşkənddə Azərbaycanın 8 Noyabr – Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin və Səfirliyin tabeliyində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Hyatt Regency Tashkent” hotelində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş təntənəli rəsmi qəbul keçirilib. Tədbirdə dövlət və hökumət nümayəndələri, diplomatik korpusun üzvləri, beynəlxalq təşkilatların təmsilçiləri, elm, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan diasporunun üzvləri, eləcə də yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. --- ???????? Toshkentda Ozarbayjonning 8-Noyabr – Zafar kuni munosabati bilan rasmiy qabul marosimi o‘tkazildi Ozarbayjon Respublikasining O‘zbekiston Respublikasidagi Elchixonasi hamda Elchixona huzuridagi Haydar Aliyev nomidagi Ozarbayjon Madaniyat Markazining hamkorlikdagi tashkilotchiligida “Hyatt Regency Tashkent” mehmonxonasida 8-Noyabr – Zafar kuniga bag‘ishlangan tantanali rasmiy qabul marosimi bo‘lib o‘tdi. Tadbirda davlat va hukumat vakillari, diplomatik korpus a’zolari, xalqaro tashkilotlar vakillari, ilm-fan, madaniyat va san’at arboblari, Ozarbayjon diasporasi a’zolari, shuningdek, mahalliy va xorijiy ommaviy axborot vositalari vakillari ishtirok etdilar.
— Dr. Rashad Mammadov (@R_Eynaddinoglu) November 2, 2026
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.