
"Blok3" ləqəbi ilə tanınan reper Hakan Aydının reklamda çəkilmək üçün 100 milyon lirə istədiyi bildirilib.
BAKU.WS xəbər verir ki, tanınmış iş adamlarından biri öz brendinin siması olması üçün Blok3-ə müraciət edib.
Tərəflər arasında danışıqlar birbaşa deyil, vasitəçilər vasitəsilə aparılıb.
İddialara əsasən, iş adamının təkliflərinə qarşı gənc ulduzun komandasından və ya vasitəçilərdən gələn cavab hər kəsi şoka salıb. Onlar iş adamından 100 milyon lirə istəyib.
Blok3-ün Türkiyədə hər hansı bir reklam filmində kamera qarşısına keçməsi üçün bu rəqəmdən aşağı məbləğin qətiyyən müzakirə olunmayacağı bildirilib.
Hələlik bu fantastik rəqəmin birbaşa Blok3-ün şəxsi tələbi, yoxsa vasitəçilərin şişirdilmiş qiyməti olduğu dəqiq bilinmir.
Məşhur ifaçının düşərgəsindən isə yayılan iddialarla bağlı hələlik heç bir rəsmi açıqlama verilməyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.