
Bu gün Moskvada (Rusiya) Yauza çayında qəribə dəyişiklik müşahidə olunub. Sosial şəbəkələrdə yayılan kadrlarda çayın rənginin təbii çalarlardan kəskin şəkildə fərqləndiyi aydın şəkildə görünür.
AVESTA.AZ Oxu.Az-a istinadla xəbər verir ki, şahidlərin sözlərinə görə, Elektrozavod rayonu ərazisində çaya süd-açıq yaşıl rəngdə naməlum maye axıdılıb.
Hazırda maddənin mənşəyi və tərkibi məlum deyil. Yerli ekoloji xidmətlər ərazidə araşdırmalara başlayıblar. Hadisənin çay ekosisteminə təsiri ilə bağlı qiymətləndirmə aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.