
Somalinin paytaxtı Moqadişoda ordu bazasında axşam saatlarında güclü partlayış baş verib.
"Report" xəbər verir ki, bu barədə ölkənin “Garove” portalı məlumat yayıb.
Onun sözlərinə görə, Vadajir rayonunda keçmiş qənnadı fabrikinin binasında yerləşən bazanın ərazisində kamikadze özünü partladıb.
Mümkün qurbanlar barədə hələlik məlumat daxil olmayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.