
Beynəlxalq gündəm də, Qara dənizdə olan kifayət qədər gərgin durum, Yaxın Şərqdəki qeyri-müəyyənlik, Rusiya-Ukrayna münaqişəsi də Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin görüşündə müzakirə mövzusu olub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda gürcüstanlı həmkarı Maka Boçorişvili ilə birgə mətbuat üçün brifinqdə deyib.
O deyib ki, bunlar hər iki ölkə üçün ciddi çağırışlardır:
"Bizim mövqeyimiz ondan ibarətdir ki, münaqişələr qısa müddətdə diplomatik yolla başa çatdırılsın".
C. Bayramov həmkarına Azərbaycan-Ermənistan postmünaqişə dövrü barədə məlumatlandırıb, ona ən yeni inkişaflar barədə məlumat verib:
"Eyni zamanda görüşümüzdə azad olunmuş ərazilərdəki bərpa-quruculuq, vətəndaşlarımızın geridönüşü, baş verən yeniliklər, ciddi mina təhdidi barədə də həmkarıma məlumat verdim".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.