
Ağstafa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Ağstafa-Köçəsgər magistral yolunun 23-cü kilometrliyində qeydə alınıb.
1969-cu il təvəllüdlü Murtuz Qara oğlu Abbasov idarə etdiyi "KİA Sorento" avtomobili ilə üzü Ağstafa rayonu istiqamətində hərəkətdə olarkən piyada, 1995-ci il təvəllüdlü Rüfanə Ələsgər qızı Tağıyevanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.