6-11-2022, 02:24 528

Aİ Kosovo və Serbiya arasındakı gərginliyə münasibət bildirib

“Kosovo və Serbiya arasında münasibətlərdə baş verən son hadisələr Belqrad və Priştina arasında Aİ dəstəkli Dialoq çərçivəsində uzun illər ərzində əldə edilmiş zəhmət və nailiyyətləri risk altına qoyur və regionda və ondan kənarda təhlükəsizlik vəziyyətini pozur”.

“AVESTA.AZ” xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozep Borel yaydığı bəyanatda bildirib.

“Avropa İttifaqı hər iki tərəfi gərginliyin daha da artmasına səbəb ola biləcək hər hansı birtərəfli hərəkətlərdən çəkinməyə çağırır.

Kosovo serblərinin Kosovo qurumlarından çıxması mövcud mübahisələrin həlli deyil. Bu, ərazidəki gərginliyi daha da artırmaq potensialına malikdir.

Biz Serbiya və Kosovonun serb nümayəndələrini Dialoq üzrə öhdəliklərinə hörmət etməyə və polis, məhkəmə və yerli idarələr də daxil olmaqla, öz vəzifələrini yerinə yetirmək üçün Kosovo qurumlarına qayıtmağa çağırırıq.

Eyni zamanda, Aİ bir daha Kosovo hakimiyyətini gecikmədən öz öhdəliklərinə hörmət etməyə çağırır. Bu, nəqliyyat vasitələrinin yenidən qeydiyyata alınması prosesinin dərhal uzadılması və KM (Kosovo və Metoxiya - Serbiya avtomobil nömrələrinə məxsus qısaltma – red.) nömrə sahiblərinə qarşı hər hansı cəza tədbirinin dayandırılması deməkdir. Tərəflər avtomobil nömrələri məsələsini Dialoq çərçivəsində həll edə bilər.

Aİ həmçinin Kosovonu serb çoxluğu olan bələdiyyələrin assosiasiyaları/icmalarının yaradılması istiqamətində təcili addımlara başlamağa çağırır. Kosovo Assambleyası Brüssel Sazişini ratifikasiya edib və Kosovo Konstitusiya Məhkəməsi Assosiasiya/İcma yaradılmasının zəruriliyi barədə qərar verib. Ona görə də onun yaradılması Kosovo üçün məcburi hüquqi öhdəlikdir. Bu öhdəliyin davamlı şəkildə yerinə yetirilməməsi Qanunun aliliyi prinsipini sarsıdır və Kosovonun reputasiyasına və etibarına xələl gətirir.

Sülh və sabitliyi təmin etmək tərəflərin məsuliyyətidir. Avtomobillərin yandırılması və ya gərginliyə səbəb ola biləcək qorxuducu ritorika kimi hər hansı hərəkətlər qəbuledilməzdir və beynəlxalq ictimaiyyət tərəfindən müvafiq reaksiyaya səbəb olacaq.

NATO/KFOR (NATO-nun rəhbərliyi ilə Kosovoda təhlükəsizliyi təmin etmək məqsədilə təşkil olunmuş sülhməramlı qüvvələr – red.) və Kosovo Polisi ilə sıx koordinasiyada Aİ-nin Qanunun aliliyini təmin edən missiyası (EULEX) təhlükəsizliyə cavabdeh üzrə ikinci rolda Kosovoda sabitliyi təmin etməyə hazırdır. EULEX və KFOR öz mandatlarına uyğun olaraq təhlükəsiz və sakit mühiti qorumaq üçün dəstəyi davam etdirəcəklər.

Aİ tərəfləri ciddi şəkildə Dialoq yolunu seçməyə, zorakılıq və qarşıdurmaya səbəb olacaq hər hansı hərəkətdən çəkinməyə çağırır. Aİ danışıqlara dəstək verməyə davam etməyə hazırdır, lakin hər iki tərəf konstruktiv şəkildə həll yollarını axtarmağa hazır olduqlarını nümayiş etdirməli və Dialoqda götürdükləri öhdəliklərə hörmət etməlidirlər”, - bəyanatda vurğulanıb.

Xatırladaq ki, Kosovo rəhbərliyi noyabrın 1-dən xəbərdarlıq edərək Serbiya nömrələrini dəyişdirməyənləri cərimələmək qərarına gəlib. Cərimələrin məbləği 150 avro təşkil edəcək və vətəndaşlara serb nömrələrini Kosovonun qeydiyyat nişanları ilə əvəz etmək tapşırılacaq. Bu keçid dövrü 2023-cü il aprelin 21-dək davam edəcək, bundan sonra Kosovo polisi Serbiya nömrəli avtomobilləri müsadirə etməyə başlayacaq.

Hadisələrin belə inkişafı fonunda Kosovodakı serblər ölkədəki bütün hakimiyyət qurumlarından çıxıblar. Bölgədəki serblərin lideri Qoran Rakiç Kosovo hökumətindən çıxması ilə bağlı ərizə yazıb. Bundan başqa, serb deputatlar parlamenti tərk etdiklərini, daha sonra hakimlər, eləcə də bələdiyyə başçıları istefa verdiklərini elan ediblər. Əlavətən, iclas zamanı serb polisi rəhbərləri Kosovonun forma və poqonlarını çıxarıblar.

Paylaş

Xəbər lenti

Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür Bu gün, 00:48 Paşinyandan Tramp marşrutu ilə bağlı açıqlama Dünən, 23:48 Azərbaycanda səhiyyə və sosial müdafiə sistemlərinin koordinasiyası gücləndirilir Dünən, 23:48 Biləsuvarda ana yemək üstündə qızını vəhşicəsinə döydü Dünən, 23:48 Meloni: Ukraynaya dəstək bizim mənəvi borcumuzdur Dünən, 23:48 Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib Dünən, 23:48 Ərdoğan: Məktəbə silahlı hücumdan reytinq üçün istifadə edilməməsi vicdan borcdur Dünən, 23:48 İTV-yə yeni baş direktor nə vaxt seçiləcək? - Telekanal rəsmisindən AÇIQLAMA Dünən, 23:48 Parisdə Azərbaycana aid sərgi təşkil olunub Dünən, 23:48 "Bloomberg": ABŞ və İran atəşkəsin daha iki həftə uzadılmasını nəzərdən keçirirlər Dünən, 23:48 Levitt: ABŞ hələ İrana atəşkəsin müddətini uzatmağı təklif etməyib Dünən, 23:48 Ukraynalılar azərbaycanlı akademik Zərifə Əliyeva haqqında danışdılar Dünən, 23:48 Azərbaycanda gənc hərbi çağırış zamanı şok hadisə ilə üzləşdi Dünən, 23:48 İran Pakistandan başqa heç yerdə ABŞ ilə danışıqlar aparmaq istəmir Dünən, 23:48 DMM: Kahramanmaraş və Şanlıurfadakı insidentlərlə bağlı dezinformasiyalar yayılır Dünən, 23:48 Numan Kurtulmuş: BMT müharibələri dayandırmaq qabiliyyətini itirib Dünən, 23:48 Toiu: Azərbaycan və Rumıniya bu il hökumətlərarası komissiyanın iclasını keçirəcək Dünən, 20:48 İran və Çinin XİN başçıları arasında telefon danışığı baş tutub Dünən, 20:48 Hər kəsin üzləşə biləcəyi problemlə bağlı cavib AÇIQLAMA Dünən, 20:48 Tehran Vaşinqtondan kompensasiya tələb etdi - Şərtlər AÇIQLANDI Dünən, 19:48 Netanyahu və Madyar ikitərəfli münasibətlərin inkişafını müzakirə ediblər Dünən, 19:48 Vətəndaşa verilən qiymət, dəyişməz mövqe: Bakı və Moskva mürəkkəb danışıqlarda razılığa gəldilər Dünən, 19:48 Azərbaycanın Almaniyadakı səfirliyi Kölndə səyyar konsulluq xidmətləri həyata keçirəcək Dünən, 19:48 Azercell-in dəstəyi ilə "StartHer Quba" layihəsinə start verildi Dünən, 19:48 Azərbaycanda bəzi şəxslərin MAAŞLARI ARTACAQ Dünən, 18:48 Könül Hüseynova: "İncəsənət təhsilində müasir metodların tətbiqi zəruridir" Dünən, 18:48 Asiyaya açılan investisiya pəncərəsi: ARDNF-nin Çin strategiyası genişlənir Dünən, 18:48 Bakı sakinlərinə qazla bağlı XƏBƏRDARLIQ - Sabah saat 10:00-dan etibarən... Dünən, 18:48 Pakistanda növbəti həftə ABŞ-İran danışıqları bərpa edilə bilər Dünən, 18:48 Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi - Rusiya kompensasiya ödəyəcək Dünən, 18:48 Politoloq: "Azərbaycan hər zaman milli maraqlarını qətiyyətlə qorumağa qadir ölkə olduğunu göstərir" Dünən, 17:49 Kəmaləddin Heydərov agentliyə yeni rəis təyin etdi Dünən, 17:48 Alkoqolsuz pivənin faydaları ilə bağlı araşdırma açıqlanıb Dünən, 17:48 Leyla Əliyevanın təşəbbüsü ilə Albaniyada Xəstəxana Mərkəzinin pediatrik sedasiya otağı istifadəyə verilib Dünən, 17:48 Leandro Andrade: "Dünyanın ən yaxşılarına qarşı mübarizə aparmaq xüsusi hissdir" Dünən, 17:48 Azərbaycan yaxın 4 ildə işğaldan azad olunmuş ərazilərinə 13 milyard manat xərc çəkəcək Dünən, 17:48 Ölümə görə kompensasiya qalmaqalı: Şirkət niyə ödəniş etmir? Dünən, 17:48 Sabah Bakının bu hissələrində QAZ KƏSİLƏCƏK - Saat 10:00-dan... Dünən, 17:48 Türkiyədə məktəbdə silahlı insident törədən məktəblinin atası saxlanıldı - DETALLAR Dünən, 17:48 "Sea Breeze Resort" istirahət zonasına su fondundan 55 hektar torpaq sahəsi ayrılıb Dünən, 17:48 Məcnun Məmmədov: "Latviya ilə aqrar sahədə prioritet istiqamətlər üzrə razılıq əldə olunub" Dünən, 17:48 Əlahiddə Ümumqoşun Orduda müddətdən artıq xidmət etmək istəyənlərin NƏZƏRİNƏ - QƏBUL BAŞLADI Dünən, 17:48 Qobustanda yeni qayaüstü təsvirlər aşkar olunub Dünən, 17:48 Paytaxtın bu ünvanına yeni svetoforlar quraşdırılıb Dünən, 17:48 Macarıstanda siyasi gərginlik: qalib partiyanın lideri prezidentin istefasını tələb etdi Dünən, 16:48 Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək Dünən, 16:48 "Referans"ın keçmiş direktoruna HÖKM OXUNDU Dünən, 16:48 Ceyson Stetem Antalyada istirahət edir Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR