6-11-2022, 18:53 663

Fuad Muradov Polşanın Xaricilər Ofisinin rəhbəri və qubernatorla görüşüb

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Polşaya səfəri çərçivəsində bu ölkənin Xaricilər Ofisinin rəhbəri Jaroslaw Szajnerlə görüşüb.

Diasporla İş üzrə Dövlət Komitəsindən “Report”a verilən məlumata görə, qonaqları salamlayan Jaroslaw Szajner Azərbaycanın Polşa üçün çox vacib tərəfdaş və dost ölkə olduğunu bildirib.

Dövlət Komitəsinin sədri Polşa ilə Azərbaycan arasında əməkdaşlığın müxtəlif sahələrdə uğurla davam etdirildiyini diqqətə çatdırıb, Komitənin fəaliyyəti, Polşada yaşayan azərbaycanlıların təşkilatlanması və diaspor təşkilatlarının vahid mərkəzdən koordinasiya olunması, eləcə də paytaxt Varşavada fəaliyyət göstərən Azərbaycan Evi barədə ətraflı məlumat verib. Həmçinin son dövrlər istər təhsil almaq, istərsə də iş imkanlarından faydalanmaq məqsədilə Polşaya üz tutan azərbaycanlıların sayında artım olduğunu qeyd edib.

Görüşdə miqrasiya məsələlərinin tənzimlənməsi, miqrantların hüuquqları, işçi vizaları və s. barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.

Fuad Muradov artıq bir neçə ildir Polşada yaşayan azərbaycanlılar, eləcə də təhsil alan gənclərin hüquqi məsələlərlə bağlı problemlərinin həlli üçün Polşa Azərbaycanlıları Koordinasiya Şurasının təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə tam təmənnasız vəkil xidmətləri təqdim oldunduğunu bildirib. Polşanın Xaricilər Ofisi, Azərbaycanın bu ölkədəki səfirliyi və Dövlət Komitəsinin gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub, əməkdaşlıq çərçivəsində Polşada yaşayan azərbaycanlıların hüquqları ilə bağlı məlumatlandırma tədbirlərinin keçirilməsi üçün razılığa gəlinib.

Komitə sədri Fuad Muradov Polşada Mazovietski əyalətinin qubernatoru Konstantı Raszivil ilə də görüşüb.

Qonaqları salamlayan qubernator Polşa və Azərbaycan arasında çoxəsrlik dostluq əlaqələrinin olduğunu və bu əlaqələrin zamanla daha da möhkəmlənəcəyinə ümidvar olduğunu vurğulayıb.

Dövlət Komitəsinin sədri Komitənin fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr, Azərbaycan evləri, Koordinasiya şuraları və Azərbaycan diasporunun fəaliyyəti barədə məlumat verib. Ermənistanın Azərbaycana təcavüzünün torpaqlarımızın 20 faizinin işğal olunması və 1 milyon insanın yurd-yuvasından didərgin düşməsi ilə nəticələndiyini, 30 illik işğala 44 gün ərzində son qoyulduğunu bildirib. Vətən müharibəsi zamanı xaricdə yaşayan azərbaycanlıların birlik və həmrəyliyindən söz açıb, Polşada yaşayan azərbaycanlıların Azərbaycan Respublikasının bu ölkədəki səfirliyi və Komitənin birgə dəstəyi ilə Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq üçün çoxsaylı tədbirlər həyata keçirdiklərini bildirib.

Qubernator qloballaşan dünyada diasporun mütəşəkkilliyinin böyük əhəmiyyət kəsb etdiyini, dünyanın müxtəlif yerlərində yaşayan polyak əsilli şəxslərin Polşa Respublikası ilə əlaqələrini bərpa etmək və gücləndirmək məqsədilə 2007-ci ildə Polşa Seymində “Polyak kartı haqqında” qanun qəbul edildiyini diqqətə çatdırıb. Komitə sədri bunun diaspor quruculuğu istiqamətində atılan uğurlu addım olduğunu, Azərbaycanda da “Soydaş kartı haqqında” qanun layihəsinin hazırlandığını bildirib.

Görüşdə iştirak edən Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova Polşada azərbaycanlılara qarşı göstərilən diqqət və qayğının təqdirəlayiq olduğunu, eyni zamanda Azərbaycandakı polyak icmasının respublikanın ictimai həyatında yaxından iştirak etdiyini, ölkəmizdə polyak dilinə böyük maraq olduğunu bildirib. Görüş Polşada yaşayan azərbaycanlıların yerli cəmiyyətə inteqrasiyasının sürətləndirilməsi barədə fikir mübadiləsi ilə yekunlaşıb.

Paylaş

Xəbər lenti

Azərbaycanda banklar birləşəcək? - Açıqlama Bu gün, 17:48 Bank köçürmələri daha ciddi izlənəcək: sıravi vətəndaşlara təsiri nə olacaq? Bu gün, 17:48 Sabir Rzayev vəzifədən ayrıldı Bu gün, 17:48 Masallıda toyuq kəsimi sahələrində nöqsanlar aşkarlanıb Bu gün, 17:48 Bakıda marketdə qadını döyən şəxs həbs edilib Bu gün, 17:48 "Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib Bu gün, 17:48 Cəlilabadda açıq ərazi yanır Bu gün, 17:48 Avtobusda boş yer olmadığı təqdirdə sərnişinlərə bildiriş göndəriləcək Bu gün, 16:48 "Tiktok"da quzu "satan" Orxan Həsənov saxlanıldı Bu gün, 16:48 Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir Bu gün, 16:48 Lənkəranda üç gün əvvəl döyülən yeniyetmə xəstəxanada ölüb Bu gün, 16:48 AZAL 8 ayda Mərkəzi Asiya ölkələrinə 400 000-ə yaxın sərnişin daşıyıb Bu gün, 16:48 Bu şəxslər üçün viza proseduru sadələşdirildi Bu gün, 16:48 Politoloq: ""Yeni ərazilər" yanaşması danışıqları dalana dirədi" Bu gün, 15:48 Baş Prokurorluq və UNODC terrorçuluğa qarşı birgə mübarizəni müzakirə edib Bu gün, 15:48 Adriana Lima dəyişimi ilə səs-küyə səbəb oldu Bu gün, 15:48 Polşada Azərbaycana qarşı təxribatın qarşısı alınıb Bu gün, 15:48 Bakıda iki bağça fəaliyyətə başlayıb Bu gün, 15:48 Özbəkistan hərbçiləri Qarabağda Bu gün, 15:48 Sumqayıt sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR - 1,4 milyon manat ayrıldı Bu gün, 15:48 Ötən həftə 1840,3 ha ərazi minalardan təmizlənib Bu gün, 15:48 Həsən Həsənov: Albaniya Atropatenanın törəməsidir və bu fakt sovet dövründə təhrif olunub Bu gün, 15:48 Anar Oruclu vəzifəsindən azad olundu - Yeni təyinat Bu gün, 15:48 Daha 3 boksçumuz Avropa çempionatın 1/4 finalında Bu gün, 14:48 Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışıb: Kim tənqid edir, özü bilər Bu gün, 14:48 Bakıda tanınmış həkim əməliyyatdan sonra öldü Bu gün, 14:48 AITO M6, M7 və M8 Azərbaycanda rəsmi təqdim olundu Bu gün, 14:48 Özbəkistan hərbçiləri birgə təlim üçün Azərbaycana gəlib Bu gün, 14:48 Ramin Məmmədov Bakıda vətəndaşları qəbul edib Bu gün, 14:48 SOCAR-ın kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib Bu gün, 14:48 Könüllü qanvermə aksiyası keçiriləcək Bu gün, 14:48 Tanınmış aktyor da "Bəy Mamed"dən şikayətçidir: MTK sahibi nə cavab verdi? Bu gün, 14:48 Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib Bu gün, 13:48 Ramana Qəsri yenidən qapılarını ziyarətçilərin üzünə açdı Bu gün, 13:48 UEFA nümayəndələri tərəfindən Bakı Olimpiya Stadionuna ilkin baxış olub Bu gün, 13:48 Gəncədə iki nəfəri bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub Bu gün, 13:48 "Neftçi" qələbə sayında "Qarabağ"a yaxınlaşdı Bu gün, 13:48 Supermodelin 27 yaşlı oğlu vəfat etdi Bu gün, 13:48 Fərid Şəfiyev: Ermənilər Qafqaz Albaniyasının tarixini inkar etmək, erməniləşdirmək istəyirlər Bu gün, 12:48 Nazim Umbayev Bakıdakı dünya çempionatına təyinat alıb Bu gün, 12:48 Pensiya və maaşlarla bağlı ŞAD XƏBƏR - 1,1 milyon vətəndaş... Bu gün, 12:48 Ramiz Mehdiyevin cinayət işi üzrə hazırlıq iclası keçirilib Bu gün, 12:48 Deputatdan nazirlərə: "Hünəriniz var, özünüz camaatın qarşısına çıxın" Bu gün, 12:48 Zümrüd Ağayeva: "2026/2027 mövsümündə Azərbaycan Qadınlar Super Liqasında yeniliklər olacaq" Bu gün, 12:48 Səyyad Aran: "İki aydır Emin Əmrullayevi tapa bilmirəm" Bu gün, 12:48 Qubadlıda birinci yaşayış kompleksinin inşasına başlanılıb Bu gün, 12:48 Zahid Oruc: Bir sıra qurumlarda islahatlar nəticə vermir, tibbi sığortada deputatların da keçə bilmədiyi baryerlər yaranıb Bu gün, 12:48 "Sabah" Premyer Liqada 250-ci oyununu keçirib Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR