
Qırğızıstanın səhiyyə naziri Damir Osmonov həmkarının ürəyinə stent yerləşdirərək infarkt təhlükəsinin qarşısını alıb.
AVESTA.AZ xəbər verir ki, nazir bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.
O bildirib ki, vaxtında müdaxilə həmkarının infarkt keçirməsinin qarşısını almağa imkan verib. Nazir tibbi müdaxilə olunan şəxsin kimliyini tibbi məxfiliyi qorumaq məqsədilə açıqlamayıb.
Osmonov həmkarının tezliklə sağalacağına ümid etdiyini, iş mühitində qarşılıqlı dəstəyin vacibliyini vurğulayıb.
Qeyd edək ki, Damir Osmonov ixtisasca kardioloqdur. O, Qırğızıstan, Qazaxıstan və Türkiyədə çalışaraq ürək-damar xəstəliklərinin müalicəsi sahəsində təcrübə qazanıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.