
Şəmkirdə abortdan sonra qeydə alınan ölüm hadisəsi ilə bağlı bəzi təfərrüat məlum olub
AVESTA.AZ Oxu.az-a istinadən xəbəe verir ki, mərhum, 1991-ci il təvəllüdlü Yeganə Əhmədovanın yaxınları bildirib ki, abort rayon ərazisində fəaliyyət göstərən özəl "Şans" Klinikasında olub. Lakin kəskin qanaxma baş verib və qarşısını almaq mümkün olmadığı üçün xəstə ağır halda Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin qadının həyatını xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, bu, mərhumun 3-cü hamiləliyi olub. O, iki uşaq anası idi.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.
Şəmkir rayonunda hamilə qadın abort zamanı vəfat edib.
AVESTA.AZ Oxu.az-a istinadən xəbəe verir ki, hadisə Şəmkir Rayon Mərkəzi Xəstəxanasında baş verib.
Belə ki, abort etdirmək üçün xəstəxanaya müraciət edən 1991-ci il təvəllüdlü Y.Əhmədovanın prosedur zamanı səhhətində problem yaranıb və o, həyatını itirib.
Mərhumun meyiti ölüm səbəbinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi ekspertizaya təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bu, qadının üçüncü hamiləliyi olub. Onun iki azyaşlı övladı qalıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.