
Ağdərə rayonu ərazisində 2 gün öncə başlayan yanğınlar hələ də davam edir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, rayonun Suqovuşan kəndi ərazində dağlıq ərazidə başlayan yanğın küləyin təsirilə genişlənərək, meşə massivinə yayılıb.
Yanğının söndürülməsinə FHN-in yanğınsöndürənləri, 2 helikopteri cəlb olunub.
Yanğınsöndürmə əməliyyatları davam edir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.