
Bakı Tikiş Evi (BTE) yeni tədris ilinin yaxınlaşması ilə bağlı valideynlərə müraciət edib.
Bu barədə AVESTA.AZ-in sorğusuna cavab olaraq Bakı Tikiş Evinin (BTE) şöbə müdiri Etibar Əzimov məlumat verib.
Qurum rəsmisi valideynlərə çağırış edərək bildirib ki, 2-3 manata satılan, parçasının mənşəyi bilinməyən paltarlar almasınlar.
"Mənim valideynlərə tövsiyəm odur ki, mənşəyi bilinməyən təsadüfi yerlərdən, fabrik istehsalı olmayan, zirzəmi şəraitində hazırlanan, keyfiyyətsiz parçadan istehsal olunan məktəbli formalar almasınlar. Çünki onların nə sertifikatı var, nə də yaxşı keyfiyyəti… Bəzən deyirlər 2-3 manata məktəbli forması satılır. Elə şey olar? Biz rəsmi mağazalarımızdan alınan formalara zəmanət veririk. Köynəklərin parçaları Özbəkistandan gətirilir. Şalvar və ətəklərin materialı isə Türkiyədən və Rusiyadan alınır. Hər biri sertifikatlıdır, 60%-i yun, 40%-i isə polyesterdir", - deyə qurum rəsmisi vurğulayıb.
Banu Hüseynli
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.