7-11-2022, 11:16 509

Güclü liderlə cəmiyyətin birliyi: Güclü Azərbaycan dövləti - ŞƏRH

Azərbaycan torpaqları 44 gün ərzində Ermənistanın işğalından azad olundu. Bu qələbəyə dostlar sevincini, düşmənlər xəbisliyini gizlədə bilmədi.

Ərazilərin işğaldan təmizlənməsinə gedən yol isə çox uzun və çətin olub. Bu çətinliyin öhdəsindən Prezident-xalq, xalq-ordu birliyinin nəticəsində gəlmək mümkün olub.

Prezident İlham Əliyev bütün çıxışlarında torpaqların işğaldan azad edilməsinin Azərbaycan üçün prioritet məsələ olduğunu daim vurğulayırdı. Heç də təsadüfi deyil ki, 44 günlük müharibə başlamazdan 3 gün öncə, sentyabrın 24-də Prezident BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında çıxışı zamanı Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşması barədə dünya birliyini xəbərdar etmişdi:

“Ermənistan bu yaxınlarda təcavüzkar və hücum xarakterli hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul edib…

...Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanı növbəti hərbi təcavüzdən çəkindirməyə dəvət edirik. Təxribatların baş verməsinə və gərginliyin artmasına görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

Bu, dövlət başçısının uzaq görənliyi və beynəlxalq ictimaiyyəti ermənilərin yeni təxribatından agah etməsi idi. Prezident həm də torpaqları silahla azad etmək üçün Azərbaycanın hüququnun olduğunu da dünyanın nəzərinə çatdırmışdı.

İlham Əliyev 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayan zaman xalqa ilk müraciətində bütün cəmiyyəti qəti qələbəyə kökləməklə iradəsini, Azərbaycanın haqlı olduğunu nümayiş etdirdi: “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

Bu şüar bütün müharibə zamanı hər kəs üçün başlıca hədəf idi. 2020-ci il oktyabrın 4-dəki xalqa ikinci müraciətində isə Ali Baş Komandan daha əminlikə düşmənə öz yerini göstərdi, cəmiyyətə verdiyi sözə əməl edəcəyinin anonsunu verdi: “İndi biz göstərdik kim-kimdir… Biz xilaskar missiyamızı icra edirik və edəcəyik!”.

Oktyabrın 9-da isə Prezident İlham Əliyev xalqa növbəti müraciətində Qarabağ məsələsi ilə bağlı status-kvonun, təmas xəttinin olmadığını dünyaya bəyan etdi: “Yoxdur status-kvo. Təmas xətti, yoxdur təmas xətti. Yarmışıq onu. Onlar 30 il idi ki, qururdular bu təmas xəttini…Yarıb keçmişik. Azərbaycan əsgərinin qabağında heç kim heç nə edə bilməz”.

Bu, həm də Ali Baş Komandanın Azərbaycan əsgərinə verdiyi böyük dəyərin göstəricisi idi. Dövlət başçısının həmin günlərdə etdiyi çıxışı hər bir azərbaycanlı səbirsizliklə gözləyirdi. Sanki hər gün yeni ərazilərin azad ediləcəyinə cəmiyyət adət etmişdi. Hətta bu barədə ölkə başçısı çıxışlarının birində də vurğulamışdı: “Mən hər dəfə xalqıma müraciət edərkən xoş xəbərlər çatdırıram. Eyni zamanda, demək olar ki, hər gün öz “Twitter” hesabımda, “Twitter” vasitəsilə işğaldan azad edilmiş yeni kəndlərin, şəhərlərin adlarını çəkirəm. Mən bilirəm ki, Azərbaycan xalqı bu xəbərləri hər gün gözləyir, hər gün! Hər gün, hər saat ki, nə vaxt bu xəbər olacaq, nə vaxt bu xəbər çıxacaq? Amma istəyirəm, əziz xalqım bilsin ki, hər kəndin, hər yüksəkliyin götürülməsi böyük rəşadət tələb edir”.

44 günlük Vətən müharibəsi zamanı Ermənistan və havadaraları Azərbaycanda xaos yaratmaq, cəmiyyətlə hakimiyyət arasında qarşıdurmaya nail olmaq üçün əllərindən gələn bütün pislikləri edirdi. Bu məqsədlə döyüş bölgəsindən uzaqda yerləşən Gəncə, Bərdə, Tərtər, Mingəçevir, Goranboy, Naftalan, Ağcabədi, Daşkəsən şəhərləri və rayonları raket hücumuna məruz qalmışdı.

Xatırladaq ki, Vətən müharibəsi dövründə Gəncə şəhəri ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabr tarixlərində) Ermənistan silahlı qüvvələrinin raket və ağır artilleriya hücumuna məruz qalıb.

Hətta oktyabrın 17-də Ermənistan silahlı qüvvələri şəhərə ballistik raketlə hücum etmişdi. Raketlər şəhərin Muxtar Hacıyev küçəsində bir çox evlərin yerləşdiyi əraziyə düşmüşdü. Bu terror aktı nəticəsində onlarla günahsız insan şəhid olmuşdu, çoxlu sayda isə dinc sakin yaralanmışdı.

Bərdə rayonu və şəhər mərkəzi İkinci Qarabağ müharibəsi dövründə ümumilikdə beş dəfə (5, 8, 27, 28 oktyabr və 7 noyabr tarixlərində) Ermənistan silahlı qüvvələrinin raket və ağır artilleriya hücumlarına məruz qalıb. Nəticədə 8-i qadın, 19-u kişi, 2-si uşaq olmaqla 29 nəfər dünyasını dəyişib, 26-sı qadın, 71-i kişi, 15-i uşaq olmaqla 112 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə, yaşayış evlərinə və digər tikililərə külli miqdarda ziyan dəyib.

Ümumilikdə isə Vətən müharibəsi dövründə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb. Bundan başqa, 12 292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1 018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.

Oktyabrın 17-də Prezident İlham Əliyev raket hücumlarına məruz qalan Azərbaycan şəhərlərinin Ermənistanın dinc əhaliyə qarşı dövlət terrorizmi və vandalizminə müqavimət rəmzinə çevrildiyi mesajını verdi: “Heç bir təhdid, heç bir hədə, heç bir təzyiq mənim iradəmə təsir edə bilməz. Bizim işimiz haqq işidir. Biz öz torpağımızda vuruşuruq, öz ərazi bütövlüyümüzü bərpa edirik”.

Prezident bütün çıxışlarında Azərbaycan cəmiyyəti və ordusunun fəaliyyətini yüksək qiymətləndirirdi. Oktyabrın 26-da dövlət başçısı xalqa növbəti müraciətində demişdi: “Biz əsgərlərimizin, zabitlərimizin canı-qanı bahasına bu torpaqları azad edirik. Həm döyüş meydanında, həm siyasi müstəvidə özümüzü təsdiqləmişik, dünyaya təsdiqləmişik. Azərbaycan xalqını qürurlu xalq kimi, cəsarətli xalq kimi, yenilməz xalq kimi təsdiqləmişik”.

Tarixi Zəfərimizdən dərhal sonra dekabrın 12-də Azərbaycan lideri ATƏT-in Minsk Qrupu həmsədrlərini qəbul edərkən Qarabağ münaqişəsinin artıq tarixə qovuşduğunu elan etmişdi.

Noyabrın 8-i Azərbaycan vətəndaşlarının, dünya azərbaycanlılarının, Azərbaycan sevənlərin fəxr etdikləri, qürur duyduqları və unudulmayacaq bir bəxtiyarlıq yaşadıqları tarixi gündür. Həmin gün Prezident, Ali Baş Komandan İlham Əliyev daha da güclü görünürdü. O, Şəhidlər xiyabanından çıxış edərək Şuşa şəhərinin işğaldan azad olunması müjdəsini Azərbaycan xalqına, bütün dünya azərbaycanlılarına elan etdi: “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!

Bu gün Azərbaycan xalqı "dəmir yumruğ"un ətrafında sıx birləşib! Həmişə də belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq… Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”.

İlham Əliyev
İlham Əliyev

8 Noyabr bütün azərbaycanlıların qürur və fəxrlə xatırlayacağı gündür. Bu tarix həm də dünyaya Prezident-xalq birliyinin və həmrəyliyinin nümayişidir.

Vətən müharibəsində tarixi qələbənin əldə olunmasında Prezident İlham Əliyevin güclü Azərbaycan konsepsiyasının reallaşmasıdır. Dövlət başçısı müharibə dövründə, ondan əvvəl və sonra da milli maraqlarımızı hər şeydən uca tutub. Uğurlarımızın əsasında duran amillərdən biri də məhz budur. İlham Əliyev Prezident olaraq bu uğurları həm də düşünülmüş addımları, prinsipiallığı, qətiyyəti və güclü iradəsi ilə əldə edib. Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra onun beynəlxalq aləmdə çəkisi artıb. Azərbaycan beynəlxalq enerji təhlükəsizliyinə töhfə verir. Bu, Prezident İlham Əliyevin yürütdüyü siyasətin uğurudur. O, uğurları və qələbəsi ilə Cənubi Qafqazda yeni şəraitin əsas memarlarından biridir. Bu gün regionda istənilən layihə Azərbaycanın xeyir-duası ilə reallaşa bilər.

Azərbaycan lideri dünya azərbaycanlılarının hüquq və azadlıqlarının müdafiəçisi olaraq da çıxış edir: “Təkcə Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların sayı Azərbaycanda yaşayanlardan xeyli çoxdur, bir neçə dəfə çoxdur. Buna görə də, əlbəttə, onların təhlükəsizliyi, hüquqları, salamatlığı bizim üçün çox böyük əhəmiyyət kəsb edir...”

Beləliklə, güclü lideri və cəmiyyətinin birliyi ilə Azərbaycan tarixdə bu gün heç vaxt olmadığı qədər güclüdür. İlham Əliyev 50 milyonluq azərbaycanlının lideridir. Azərbaycanın uğuru isə 50 milyonluq azərbaycanlının sevinci və qürur mənbəyidir.

Paylaş

Xəbər lenti

Qazaxda evdə partlayış olub: İki nəfər xəsarət aldılar Bu gün, 09:48 30 il davam edən mənzil qalmaqalı: Məcburi köçkünlə ev sahibi arasında gərgin anlar Bu gün, 09:48 Qızılın qiyməti 3 600 dolları keçdi Bu gün, 09:48 Saxta pasportla Azərbaycana gələn iranlı ər-arvad həbs edildilər Bu gün, 09:48 "Sabah" - "Barselona" oyununda faciə: Rusiyalı azarkeş stadionda öldü Bu gün, 09:48 Bakıda səkkizinci mərtəbədə köməksiz qalan uşaq xilas edildi Bu gün, 09:48 Azercell-in rəqəmsal inkişaf modeli Filip Kotlerin beynəlxalq nəşrində təqdim edilib Bu gün, 09:48 Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb Bu gün, 08:49 Azərbaycan və Litvanın XİN rəhbərləri "Sabah" – "Barselona" matçını birlikdə izləyiblər Bu gün, 08:49 Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim Bu gün, 08:49 Flik: "Sabah"ın "Barselona" ilə matçda itirəcəyi heç nə yox idi Bu gün, 08:48 Sosial müəssisədə doqquz gündür istilik yoxdur? Bu gün, 08:48 Bakıda bu ərazidə fərdi evlər SÖKÜLƏCƏK - 3 min manat kompensasiya... Bu gün, 08:48 Qazaxda evdə partlayış olub: Ana və oğlu xəsarət aldılar Bu gün, 08:48 Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR