
İraqın paytaxtı Bağdadın mərkəzində ABŞ vətəndaşı güllələnərək öldürülüb.
“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə İraq güc strukturlarındakı mənbə məlumat verib.
Bildirilib ki, Stefen Troell adlı amerikalı Bağdadın mərkəzindəki 62-ci küçədə öz maşınında qətlə yetirilib.
Məlumata görə, o, İraqda qeyri-hökumət təşkilatlarının birinci ingilis dili müəllimi kimi işləyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.