21-08-2025, 20:48 743

Kəlbəcərin Vəng kəndində üç kiçik su elektrik stansiyasının açılışı olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 21-də Kəlbəcər rayonunun Vəng kəndində "AzərEnerji" ASC-nin "Aşağı Vəng", "Nadirxanlı" və "Çaykənd" kiçik su elektrik stansiyalarının açılışında iştirak ediblər.

BAKU.WS xəbər verir ki, "AzərEnerji" ASC-nin sədri Baba Rzayev dövlətimizin başçısına və birinci xanıma stansiyalar barədə məlumat verdi.

Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının "yaşıl enerji" zonasına çevrilməsi ilə bağlı Prezident İlham Əliyevin qarşıya qoyduğu tapşırıqlara uyğun olaraq Kəlbəcər rayonunda 8,6 meqavatlıq "Aşağı Vəng" və 8,8 meqavatlıq "Nadirxanlı" kiçik su elektrik stansiyaları tikilib. Bu stansiyaları su ilə təmin etmək üçün Lev çayının Tərtər çayına qovuşmasından sonra baş suqəbuledici, eyni zamanda, Tutqu çayının Tərtər çayına qovuşan hissəsində ikinci suqəbuledici yaradılıb. Kaskad su elektrik stansiyaları silsiləsinə daxil olan bu stansiyalar üçün çətin relyefdə ümumilikdə 9300 metr uzunluğunda derivasiya borusu çəkilib. Çay balıqlarının derivasiya borusuna daxil olmasının qarşısının alınması və onların çay ekosistemində saxlanılması üçün xüsusi hidrotexniki qurğularlarla təchiz olunan suqəbuledicilərdə bütün ekoloji normalara riayət edilib. Hər iki stansiyada quraşdırılmış hidroaqreqatlar zərərli maddələrin suya qarışmasının qarşısını almaqla yanaşı, onun keyfiyyət göstəricilərində heç bir dəyişiklik etmədən suyu aşağı axarda yenidən çaya qaytarır.

Müasir avadanlıqlarla təchiz edilmiş stansiyalar ölkə enerjisisteminin mərkəzləşdirilmiş SCADA sisteminə inteqrasiya olunub. Burada istehsal edilən ekoloji təmiz yaşıl enerji ilə təxminən 25 min nəfər elektrik enerjisi ilə təmin olunacaq.

"Aşağı Vəng" və "Nadirxanlı" stansiyalarında il ərzində 48 milyon kilovat-saat elektrik enerjisinin istehsal edilməsi nəzərdə tutulur. Qənaət edilən təbii qazın həcmi 12,5 milyon kubmetr təşkil edəcək ki, bununla da il ərzində 23 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınacaq. Kəlbəcər rayonunun 8 nəfər sakini stansiyalarda işlə təmin olunub.

"Çaykənd" Kiçik Su Elektrik Stansiyasının isə gücü 5 MVt-dır. Bu, "AzərEnerji" tərəfindən Kəlbəcərdə istismara verilən sayca onbirinci "yaşıl enerji" obyektidir. Stansiya ölkənin ən böyük bolsulu çaylarından birinin - Tərtər çayının üzərində yeni yaradılmış baş suqəbuledicidən 8 min 500 metrlik derivasiya borusu ilə gələn su ilə təchiz olunur. Təxminən 7 min nəfəri ekoloji təmiz yaşıl enerji ilə təmin edəcək stansiyada "ətraf mühitə dost texnologiyalar" tətbiq ediləcək. Rəqəmsal qaydada açılıb-qoşulma, intellektual idarəetmə, operativ monitorinq və təhlil aparılması ilə yanaşı, stansiyaya Bakıdan nəzarət etmək də mümkün olacaq. Stansiyanın enerjisistemə inteqrasiya üçün 5 kilometr uzunluğunda 10 kV-luq elektrik xətti çəkilib. Stansiya ölkə enerjisisteminin mərkəzləşdirilmiş SCADA sisteminə inteqrasiya edilib. Stansiyada il ərzində 15 milyon kilovat-saat elektrik enerjisinin istehsalı, bununla da 3.2 milyon kubmetr təbii qaza qənaət edilməsi və 6 min ton karbon qazının atmosferə atılmasının qarşısının alınması nəzərdə tutulur. Burada 4 nəfər Kəlbəcər sakini işlə təmin olunub.

Prezident İlham Əliyev "Aşağı Vəng", "Nadirxanlı" və "Çaykənd" kiçik su elektrik stansiyalarının açılışını etdi.

Xatırladaq ki, dövlətimizin başçısının göstərişi ilə həyata keçirilən işlər nəticəsində Qarabağ və Şərqi Zəngəzurda əlavə 3 su elektrik stansiyasının istismara verilməsi ilə bu cür stansiyaların sayı ümumilikdə 38-ə, ümumi gücü isə 307 MVt-a çatdırılıb. Sistemli şəkildə tikilib istismar olunan bu stansiyalar artıq iqtisadiyyata, "yaşıl enerji"nin genişlənməsinə, ətraf mühitin qorunmasına öz töhfəsini verir. Bu günə qədər su elektrik stansiyalarında 1,5 milyard kVts yaşıl enerji istehsal olunub, 335 milyon kubmetr qaza qənaət edilib, 620 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb. Su elektrik stansiyaları azsulu dövrdə 80 MVt, bolsulu dövrdə isə 200 MVt-dan artıq gücdə 24 saat fasiləsiz yaşıl enerji istehsal edir.

***13:05

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 21-də Kəlbəcər rayonunun Vəng kəndində "AzərEnerji" ASC-nin "Aşağı Vəng", "Nadirxanlı" və "Çaykənd" kiçik su elektrik stansiyalarının açılışında iştirak ediblər.

BAKU.WS xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Paylaş

Xəbər lenti

Sumqayıtda tikilidə yanğın baş verib Bu gün, 16:48 İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb Bu gün, 16:48 Azərbaycan Prezidenti: Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik Bu gün, 16:48 75 yaşlı aktyor xəstəxanaya yerləşdirildi Bu gün, 16:48 Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb Bu gün, 16:48 İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik Bu gün, 16:48 Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalanıb Bu gün, 16:48 İlqarə Kazımovadan ETİRAF: "Hamını olduğu kimi qəbul edirəm" Bu gün, 16:48 "Azərsun Holdinq"  Təmizlik Kağızları Fabrikinə mediatur keçirib Bu gün, 16:48 Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib Bu gün, 16:48 1870 tələbə əlavə müsabiqə ilə ödənişsiz təhsil hüququ qazanıb Bu gün, 16:48 Deputat bu şəxslərin ailəsinə 150 min manat kompensiyaya ödənilməsini təklif etdi Bu gün, 16:48 12 azərbaycanlı dənizdə çarəsiz qalıb: "Hər saniyəmiz ölümdür" Bu gün, 16:48 Xaçmaz Dəmiryol Vağzalının binasının təmiri başa çatdı Bu gün, 16:48 Azərbaycan və Böyük Britaniya rəqəmsal transformasiya üçün yol xəritəsi hazırlayacaq Bu gün, 15:48 Azərbaycanın dəmir yolu üçün 350 milyon dollar ayrıldı Bu gün, 15:48 London və Bakı strateji tərəfdaşlıq haqqında sənədin mətnini razılaşdırıb Bu gün, 15:48 Corcia Melonidən süni intellektə qarşı 4 saniyəlik HƏMLƏ Bu gün, 15:48 Korrupsiya barədə məlumat verənlərə 25 minimum əməkhaqqınadək mükafat veriləcək - YENİ QAYDA Bu gün, 15:48 Nazir: "BP şirkəti ilə yeni layihələr Azərbaycanın enerji keçidini sürətləndirəcək" Bu gün, 15:48 Ceyhun Bayramov Arye Laytstounla Azərbaycan-ABŞ strateji tərəfdaşlığını müzakirə edib Bu gün, 15:48 Pərviz Şahbazov: "Yaşıl enerji dəhlizləri Britaniya şirkətlərinə yeni perspektivlər yaradır" Bu gün, 15:48 Britaniya Azərbaycandakı layihələr üzrə ən azı 6,6 milyon dollar məbləğində riskləri öz üzərinə götürməyə hazırdır Bu gün, 15:48 Korrupsiya məlumatı verənlərin müdafiəsi ilə bağlı YENİLİK Bu gün, 15:48 Nicat Rəhimov: "Bizdən sonra aktyor görmürəm" Bu gün, 15:48 Korrupsiya barədə məlumat verən şəxslərə yeni təminatlar təklif olunur Bu gün, 15:48 Azərbaycana məğlub oldu deyə istefaya göndərdi Bu gün, 15:48 Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO Bu gün, 15:48 Birbank "Adı ilə böyüsün" layihəsi ilə bank sektorunda ilkə imza atıb Bu gün, 15:48 Keçmiş aparıcı 80 yaşlı anasını öldürdü - Ömürlük həbs edildi Bu gün, 14:48 "Gündəlik Bakı" qəzetinin baş redaktoru barəsində qərar verilib Bu gün, 14:48 Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb Bu gün, 14:48 Fizika üzrə Nobel mükafatının builki laureatı açıqlandı Bu gün, 14:48 Azərbaycan Universitetinin dərs otağına yağış suları damıb Bu gün, 14:48 "44" bədii filminin daha bir tizeri yayımlanıb Bu gün, 14:48 Nazir: "Birləşmiş Krallıq Azərbaycana 39 milyard dollarından çox investisiya yatırıb" Bu gün, 14:48 İlk dəfə sükan arxasına əyləşərək adam öldürdü - 5 il həbs verildi Bu gün, 14:48 Sentyabrda 110 aptekdə yoxlama aparılıb, 26-da nöqsan aşkarlanıb Bu gün, 14:48 Rəşid Məmmədəliyev dünya çempionatında 1/4 finalda məğlub olub Bu gün, 14:48 Bakıda liseyin qarşısında ilan peyda oldu - ANBAAN VİDEO Bu gün, 14:48 Ermənistan parlamentində deputatlar əlbəyaxa oldu Bu gün, 13:48 Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni direktor təyin edilib Bu gün, 13:48 Ağsuda 40 yaşlı kişi qayınanasını döydü Bu gün, 13:48 Öd kisəsi iltihabından müalicə alan İbrahimin SON VƏZİYYƏTİ Bu gün, 13:48 ABŞ ordusunda 80 ildən sonra ilk dəfə güllələnmə ilə edam həyata keçirilə bilər Bu gün, 13:48 Ötən yay Azərbaycanda son 10 ilin ən isti fəsillərindən olub - RƏSMİ Bu gün, 13:48 Səhnədən yıxılan müğənni: "Əvvəl dedilər qolum sınıb, amma sınan ayağımdır" Bu gün, 13:48 Azad Bayramov vəfat etdi Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR