
Azərbaycan Kempo Federasiyasının prezidentinin oğlu vəfat edib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, federasiya prezidenti Rauf İbrahimovun oğlu Toğrul İbrahimov Ukraynada dünyasını dəyişib.
Onun hansı səbəbdən ölməsi hələlik məlum deyil.
Qeyd edək ki, Toğrul da karatenin Kempo növü ilə məşğul olurdu.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.