23-08-2025, 20:48 344

Sürücülərin ən çox etdiyi səhv - Cərimələnə BİLƏRSİNİZ

Bakı Şəhər Dövlət Yol Polisinin son xəbərdarlığı sürücülər arasında çaşqınlıq yaradıb. Xəbərdarlıqda sükanın tək əllə idarə edilməsi və bir əlin avtomobilin pəncərəsindən çölə çıxarılmasının təhlükəli olduğu bildirilir. Bir çoxları bu məsələ ilə bağlı 40 manat cərimə tətbiq olunacağını iddia edirlər.

Bəzi sürücülərin avtomobildə hərəkətdə olan zaman əlini pəncərədən çölə çıxarması qəza riskini artırır.

Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin müraciətində qeyd olunub. Yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan amillərdən biri də sürücünün sükan arxasında idarəetməni itirməsidir:

"Təəssüflə qeyd edək ki, bəzi sürücülər avtomobildə hərəkətdə olan zaman əlini pəncərədən çölə çıxarırlar ki, bu da öz növbəsində idarəetməni çətinləşdirir və eyni zamanda qəza riskini artırır".

Mövcud qanunvericiliyin tələblərinə əsasən, sürücü hərəkət zamanı sükanı əlindən buraxmamalıdır, belə hal aşkarlandığı təqdirdə sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 342.1.4-cü (hərəkət zamanı sükanı əldən buraxmağa görə) maddəsinə uyğun olaraq 40 manat məbləğində cərimə tətbiq ediləcək.

Bu cərimə İnzibati Xətalar Məcəlləsində var. Amma adətən cərimə yazılmırdı. Lakin yenidən sürücülərə xəbərdarlıq edilib. Bu məsələnin aktuallaşmasına səbəb nədir?

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

 

"Əlini çölə çıxarmağa görə cərimə tətbiq olunmayıb"

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən də bildirildi ki, bəzi yol nəqliyyat hadisələrinin səbəbi sürücünün idarəetməni itirməsidir. Buna görə də avtomobil idarə edən zaman sükanı buraxmaq düzgün deyil.

Məsələ ilə bağlı vətəndaşlara çağırış da edilib. O da qeyd edildi ki, əlini çölə çıxardaraq avtomobil idarə etməyə görə heç bir cərimə tətbiq olunmayıb. Amma sürücü hər iki əlini sükandan çəkərək maşını idarə edərsə, 40 manat məbləğində cərimə edilə bilər.

"Bir əllə maşın sürülən zaman qəzaların sayı artır"

Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov bildirdi ki, bu xəbərdarlıq ajiotaja səbəb olub, çünki sürücülər qərarı səhv anlayıb:

"342-ci maddənin əli sükandan çəkməklə cərimə yazılması qaydası əvvəldən də var idi. Yəni yeni qərar deyil. Yəqin bundan sonra nəzarət daha da gücləndiriləcək. Yol polisi də açıqlama verib ki, əli sükandan çəkdikdə cərimə yazılacaq.

Bir əllə maşın sürməyin təhlükəli olması ilə bağlı informasiya verib. Amma insanlar bunu yanlış anlayıb. Elə biliblər ki, qərar yenidir. Cərimə əli pəncərədən çıxarmağa görə yazılacaq. Əslində bununla bağlı cərimə mövcud deyil".

A.Rəhimovun sözlərinə görə, yol polisi xəbərdarlıq etməkdə haqlıdır. Həqiqətən də tək əllə maşın sürmək çox təhlükəlidir:

"Çünki sürücünün qarşısına qəflətən maşın, yaxud piyada çıxdıqda iki əllə edə bildiyi manevr hərəkətini bir əli ilə heç vaxt edə bilməz.

Bu zaman əksər hallarda qəzadan qaçmaq olmur. Tək əllə sükanı tutmaq idarəetməni çətinləşdirir.

İnsan heç vaxt maşını iki əli ilə sürdüyü qədər ehtiyatlı və təhlükəsiz sürə bilməz. Bəzən elə olur ki, sürücü əlini pəncərədən çıxarır, qəza baş verir. Bu zaman şəxs əlini də itirə bilir. Bir əllə maşın sürülən zaman sözsüz ki, qəzaların da sayı daha çox olur".

"Bəziləri sükanı buraxaraq rəqs edir, canlı yayım açırlar"

Müsahibimiz düşünür ki, maşını iki əllə idarə etmək qəzaların sayını azaldacaq: "Sərt tədbirlərin tətbiqinə ehtiyac var. Bəzi sürücülər sükanı buraxaraq mahnı oxuyur, rəqs edir, canlı yayım açır. Bu hallar çox böyük məsuliyyətsizlikdir. O səbəbdən bu kimi cərimələrin tətbiqi vacibdir".

"Qanunda belə bir maddə yoxdur"

Nəqliyyat sahəsi üzrə ekspert Adil Nəbiyev də qeyd etdi ki, hazırda cərimə yox, sadəcə xəbərdarlıq edilməsi mümkündür:

"Mexaniki sürətlər qutulu maşın sürdükdə onsuz da hər iki əl daima sükanda olmur. Sol əllə sükan tutulur, digər əllə isə sürəti dəyişirik. Əlini şüşədən çölə çıxaranlar əsasən maşında kondisioner olmayan şəxslərdir.

Yaxud siqaret çəkənlər belə edirlər. Kondisionerlə təchiz olunmuş avtomobillərdə belə hallara rast gəlinmir. 342-ci maddədə sükanı tam buraxmaqdan söhbət gedir. Pəncərədən əlini çıxarmaq üçün bir cərimə növü mövcud deyil.

Əgər bununla bağlı cərimələr tətbiq ediləcəksə, qanunvericilikdə dəyişiklik edilməlidir. Əlimizi sükandan tamamilə buraxdıqda, avtomobili ətalətlə idarə etdikdə (ağırlıq qüvvəsinin təsiri altında və ya əvvəl yığdığı sürətin hesabına) 40 manat cərimə yazıla bilər".

"Əllərin hər ikisinin sükanda olması zəruridir"

A.Nəbiyevin fikrincə, qəza olarsa, təhlükəli hal yarana bilər: "Maşın aşar, əliniz qırıla bilər. Yaxud maşında hava yastığı açıldıqda əlimiz düzgün yerdə olmazsa, bu zaman sürətdən qolumuz və ya hər hansısa aksesuar gözümüzə dəyə bilər.

Bu halda ağır fəsadlar baş verməsi mümkündür. Çünki hava yastığı sürətlə açılır. Bu məqamları nəzərə alaraq əllərin hər ikisinin sükanda olması zəruridir. Ümumiyyətlə, tək əllə sükanı tutmaq təhlükəlidir".

"Cərimələrin olması neqativ halların sayını azaldır"

Ekspert bildirdi ki, təhlükəsizlik qaydalarında qeyd olunub ki, əlimiz sükanda saat əqrəbinin 3 və 9 vəziyyətində olmalıdır. Bu həm idarəetməni asanlaşdırır, həm də qəza şəraiti yarandıqda qarşısını almaq mümkün olur:

"Cərimələrin olması az da olsa neqativ halların sayını azaldır. Sürücülərə məsləhətim odur ki, təhlükəsizlik qaydalarına riayət edərək avtomobili idarə etməyə çalışsınlar. Qayda-qanunla hərəkət etsinlər ki, qəzaların sayı az olsun".

Paylaş

Xəbər lenti

Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR