
Ağdamın "Qarabağ" klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması ölkə reytinə müsbət təsir göstərib.
AVESTA.AZ-in məlumatına görə, "Qarabağ" "Ferentsvaroş"a 2:3 hesabı ilə məğlub olmasına baxmayaraq mərhələni keçdiyi üçün ölkə reytinqinə 1500 bonus xalı qazandırıb. Bununla Azərbaycan aktivindəki xalların sayını 21,000-a çatdırıb. Azərbaycan bununla 28-ci pillədən 26-ya yüksəlib. Ölkəmiz Sloveniya (20,468) və Ukraynanı (19,850) geridə qoyub. Slovakiya (21,375) isə ölkəmizdən bir pillə öndədir.
Xatırladaq ki, Azərbaycan yeni mövsümə 17,125 xalla start götürmüşdü. Avrokuboklara 4 klubla mübarizəyə başlayan Azərbaycan 3-cü təsnifat mərhələsindən sonra yalnız "Qarabağ"la təmsil olunur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.