
Sabirabadda iki gün əvvəl baş vermiş yol qəzasında ağır xəsarət alan azyaşlı vəfat edib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, həkimlərin səylərinə baxmayaraq, 5 yaşlı Nilayın həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, VAZ markalı iki avtomobilin toqquşması nəticəsində daha bir nəfər hadisə yerində ölmüşdü. Üç nəfər isə xəstəxanada həkim nəzarətinə götürülmüşdü.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.