
Türkiyənin Diyarbəkir vilayətində ağır yol qəzası olub.
BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, Diyarbəkir-Eğil yolunda mikroavtobusun aşması nəticəsində bir nəfər ölüb, 16 nəfər yaralanıb.
Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.
Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. Onlardan üçünün durumu ağırdır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.