
Sovet və Rusiya kinosunun tanınmış aktrisası Lidiya Fedoseyeva-Şukşina 88 yaşında vəfat edib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə aktrisanın qızı Mariya Şukşina məlumat verib.
Qeyd edək ki, oktyabr ayında aktrisanın ürəyində yaranan problemlərlə əlaqədar xəstəxanaya yerləşdirildiyi bildirilmişdi.
Lidiya Fedoseyeva-Şukşina 25 sentyabr 1938-ci ildə anadan olub. Onun kinoda ilk böyük rolu 1959-cu ildə ekranlara çıxan "Həmyaşıdlar" filmində olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.