2-09-2025, 14:48 324

akart iki beynəlxalq mükafata layiq görüldü

Azərbaycan Respublikasının Mərkəzi Bankının 001 nömrəli lisenziyası ilə fəaliyyət göstərən A-Solutions Elektron Pul Təşkilatı MMC beynəlxalq səviyyədə nailiyyət əldə edib. İnnovativ maliyyə həlli olan akart nüfuzlu International Finance Awards çərçivəsində "Ən Yaxşı Yeni Təmassız Elektron Pulqabı" və "Ən İnnovativ Yeni Virtual Kart Fintex Həlli" nominasiyalarında qalib seçilib.

Bu mükafat təşkilatın innovasiya yönümlü inkişaf strategiyasının, müştəri ehtiyaclarına fokuslanan yanaşmasının və rəqəmsal maliyyə sahəsində tətbiq etdiyi fərqli həllərin beynəlxalq miqyasda tanınmasının göstəricisidir.

A-Solutions Elektron Pul Təşkilatının Baş icraçı direktoru Həsən Həsənov beynəlxalq nailiyyətlə bağlı fikirlərini belə ifadə edib: "Qazanılan mükafatlar məhsulumuzun keyfiyyətinin və komandamızın istifadəçilərə daim təkmilləşən təcrübə təqdim etmək istiqamətində göstərdiyi səylərin nəticəsidir. Məqsədimiz - müştərilərimizin həyatını asanlaşdırmaq, onlara rahat və əlçatan maliyyə həlləri təqdim etməkdir. Bu uğurun əldə olunmasında müştərilərimizin etimadı, komandamızın əməyi və tərəfdaşlarımızın davamlı dəstəyi mühüm rol oynayıb".

Ölkəmizdə rəqəmsal maliyyəyə çıxışı genişləndirmək məqsədilə akart istifadəçiləri üçün davamlı olaraq yeni funksiyalar təqdim edir. Diqqətçəkən yeniliklərdən biri kiçik məbləğli kreditlərin sürətli və tam rəqəmsal şəkildə əldə edilməsinə imkan verən "Tamamla" məhsuludur. Xüsusi qiymətləndirmə modeli əsasında təqdim olunan bu həll maliyyə xidmətlərinə çıxışı asanlaşdırır və gündəlik ehtiyacların operativ şəkildə qarşılanmasına şərait yaradır.

Oyun mexanikası əsasında qurulan "Şansını akart-da Tap!" kampaniyası istifadəçilərə ödənişlər zamanı hədiyyələr və internet bonusları qazandıraraq gündəlik xərcləri daha sərfəli edib. Böyük marağı nəzərə alaraq, kampaniyanın mütəmadi olaraq istifadəçilərə təqdim olunması planlaşdırılır.

1 sentyabr tarixindən etibarən akart keşbek loyallıq proqramını yeniləyərək istifadəçilərə onların maraq və həyat tərzinə uyğun kateqoriyaları seçmək imkanı yaradıb. Bu dinamik yanaşma kateqoriya çeşidinin genişləndirilməsi və aylıq qazanc limitinin artırılması ilə yanaşı, istifadəçilərə daha fərdiləşdirilmiş və rahat təcrübə təqdim etməyi hədəfləyir.

Bundan əlavə, AZAL Miles ilə əməkdaşlıq çərçivəsində müştərilərə topladıqları milləri səyahətlə yanaşı, mobil və kommunal ödənişlərdə də istifadə imkanı ilk akart tərəfindən yaradılıb.

Həmçinin təqdim edilən "aKredit" xidməti vasitəsilə istifadəçilər banka getmədən, cəmi iki dəqiqə ərzində 25,000 AZN-ə qədər nağd krediti tam rəqəmsal formada əldə edə bilirlər.

Bu yeniliklər akart-ın rəqəmsal maliyyə bazarında mövqeyini daha da möhkəmləndirməklə yanaşı, istifadəçilərə daha rahat və sürətli xidmətlər təqdim etməyə imkan yaradıb. A-Solutions Elektron Pul Təşkilatı istifadəçi təcrübəsini zənginləşdirəcək yeni funksionallıqlar və yaradıcı həllər üzərində işləyir və daim inkişaf edən rəqəmsal maliyyə sahəsində yeniliklər təqdim etməyə davam edir.

Paylaş

Xəbər lenti

Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR