
Müalicə üçün yardım gözləyən xəstələrin pulunu mənimsəyən şəxs polis əməkdaşları tərəfindən Hacıqabulda tutulub.
AVESTA.AZ DİN-ə istinadən xəbər verir ki, araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxs sosial şəbəkələrdə "xəstələrə yardım" adı ilə paylaşılan bank kartlarının məlumatlarını ələ keçirərək 20 nəfərin hesabından ümumilikdə 10 min manatdan artıq pul oğurlayıb.
Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə şübhəli şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.