
Rusiyanın Luxovitsı adlanan ərazisində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, pilot ölüb.
AVESTA.AZ xəbər verir ki, bu barədə TASS-a fövqəladə hallar xidməti məlumat verib.
"Luxovitsıda, İlyasovo kəndində "Aviatika" adlı yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, göyərtəsində bir pilot olub. O, ölüb", - məlumatda deyilir.
Təyyarə qəzasından sonra İstintaq Komitəsi araşdırmaya başlayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.