
PSJ-nin baş məşqçisi Luis Enrike velosiped qəzası keçirib və nəticədə körpücük sümüyünü qırıb.
AVESTA.AZ-in Fransa mediasına istinadən yaydığı xəbərə görə, ispaniyalı mütəxəssis dərhal xəstəxanaya aparılıb.
Məlumata əsasən, Enrikenin əməliyyat olunacağı gözlənilir.
Xatırladaq ki, L. Enrike 2023-cü ilin yayında Paris təmsilçisinə baş məşqçi gətirilib. Onun rəhbərliyi ilə komanda ötən mövsüm Çempionlar Liqasının, Fransa çempionatının, ölkə kubokunun və superkubokunun qalibi olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.