
"Bakı metropolitenində havalandırma sisteminin təkmilləşdirilməsi istiqamətində yeni layihələrin icrası nəzərdə tutulub".
Bu barədə AVESTA.AZ-in sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-dən bildirilib.
"Bununla belə Bakı metropolitenində bütün güclü ventilyatorlar işlək vəziyyətdədir. Ventilyatorlar qrafik üzrə hər fəslin tələbinə uyğun çalışdırılır. Müntəzəm olaraq monitorinqlər aparılır və Bakı metropoliteninin mövcud texniki imkanları daxilində bu və digər tənzimləmə mexanizmləri həyata keçirilir.
Qeyd edilənlərə rəğmən dövrün tələbinə uyğun ventilyasiya sisteminin müasir dövrün tələblərinə uyğun yenilənməsi istiqamətində bir sıra tədbirlər nəzərdə tutulub. Layihələrin icrası ilə bağlı işlərin əhəmiyyətli dövründə ictimaiyyətə ətraflı məlumatlar təqdim ediləcək".
Orxan Hüseyn
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.