
Azərbaycan çempionu "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün ilk qarşılaşmasına çıxacaq.
AVESTA.AZ xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda Portuqaliyanın nəhəng klubu "Benfika" ilə üz-üzə gələcək. Görüş Lissabonda, "Eştadiu da Luş" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Oyunu belçikalı FIFA referisi Erik Lambrexts idarə edəcək.
UEFA Çempionlar Liqası – Liqa mərhələsi, I tur
23:00 – "Benfika" (Portuqaliya) – "Qarabağ" (Azərbaycan)
Baş hakim: Erik Lambrexts (Belçika)
Məkan: "Eştadiu da Luş", Lissabon
Xatırladaq ki, "Qarabağ" qrup mərhələsinin ikinci oyununda, oktyabrın 1-də Bakıda Danimarkanın "Kopenhagen" klubunu qəbul edəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.