
ABŞ Federal Ehtiyat Sisteminin (FED) pul siyasətinin sərtləşdirilməsi siyasətini davam etdirmək niyyətində olmasını bəyan etməsindən sonra qızılın qiyməti düşüb.
“Report” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın dekabr fyuçersləri olaraq 0,27 % və ya 4,85 ABŞ dolları ucuzlaşaraq 1 unsiyası 1 764,55 dollara satılıb. Gümüşün dekabr fyuçerslərinin qiyməti isə 0,39 % düşərək 1 unsiyası 21,582 ABŞ dolları təşkil edib.
Güclənən dollar qızıla mənfi təsir göstərə bilər. Belə ki, dolların indeksi (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnəsi) 0,56 % artaraq 106,89 bənd təşkil edib. ABŞ valyutasının bahalaşması qızılı digər valyutalarda alış üçün əlverişsiz edir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.