17-09-2025, 15:48 316

"Kristal" sosial şəbəkədə Park Yasamal yaşayış kompleksi haqqında yayılan video ilə bağlı məhkəmə qaydasında müdafiəyə müraciət edib. Şirkət hesab edir ki, Park Yasamal yaşayış kompleksi barədə yayılan görüntülər tikinti işləri aparılan zaman çəkilmiş, hazırkı vəziyyəti əks etdirmir və "Kristal" ın işgüzar nüfuzuna zərbə vurub.

AVESTA.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, cavabdeh şəxs – Fərid Hüseynvənd TikTok platformasında paylaşdığı videoda şirkətə qarşı ittihamlar irəli sürüb.

Yayılmış məlumatla əlaqədar "Kristal" şirkətinə müraciət etdik və şirkətin rəsmisi sorğumuza cavab verdi:

"Sosial şəbəkədə Park Yasamal yaşayış kompleksinin sakini Hüseynvənd Fərid Nadir oğlu tərəfindən paylaşılan video barəsində onu deyə bilərik ki, video qərəzli şəkildə paylaşılıb, yalan və böhtan xarakteri daşıyır. Videodan göstərilən kadrlar tikinti və təmir işləri davam edən zaman çəkilmişdir və hazırkı reallığı əks etdirmir.

Qərəzli yanaşmanın səbəbi ondan ibarətdir ki, hazırda Park Yasamal yaşayış kompleksində sakinlər üçün avtodayanacaqdan istifadə ilə bağlı ümumi qaydalar müəyyən edilmişdir. Belə ki, avtodayanacaqdan istifadə üçün sakinlərə giriş kartları verilir və sakinlər boş olan istənilən yerdə maşın saxlama hüququna malik olur. Yalnız dayanacağa mülkiyyət hüququ olan sakinlər öz avtomobillərini ona aid yerdə saxlayır. Adı çəkilən sakin isə dayancağa mülkiyyət hüququ olmadan bizdən bir neçə dəfə yeraltı dayanacaqda xüsusi yer tələb edib. Kompleksdə yaşayan sakinlərin bərabərlik hüququnun qorunması məqsədi ilə ona xüsusi yer ayrılmasından imtina edilmişdir. Bu səbəbdən bu formada böhtan xarakterli video paylaşmışdı.

Videoda qeyd olunan böyük həcmli yük maşınları və ərazi yaxınlığındakı beton zavod ilə bağlı olan deyilənlərin isə Kristalla heç bir əlaqəsi yoxdur, bizim şirkətə və layihəyə aid deyil. Burada və ətraf ərazidə yaşayan sakinlərin istirahəti üçün tərəfimizdən göl ətrafı ərazidə bulvar inşa ediləcək. Bu məqsədlə gölün suyu və ətrafının mütəmadi olaraq təmizlənməsi tərəfimizdən təmin edilir. Başqa bir şirkətə aid bu beton zavodun faəliyyəti bu istiqamətdə aparılan işlərin irəliləməsinə maneə olduğuna görə həmin beton zavodun ərazidən çıxarılması üçün tərəfimizdən müvafiq qurumlara müraciət edilmişdir.

Bundan başqa, biz şirkət olaraq kənar səslərin bəzən qaçınılmaz olduğunu nəzərə alaraq bütün mənzilləri yüksək səviyyədə yenilənmiş izoliyasiya sistemi ilə təmin edirik. Pəncərə və şüşələrdə Avropa brendləri olan aliminium materiallardan istifadə edilir ki, həmin materialların kənar səsləri və şüaları dəf etmə xüsusiyyəti var.

Kristal olaraq, sakinlərimizin təhlükəsizliyi üçün lazımi tədbirlər həyata keçiririk. Belə ki, yaşayış kompleksi bütünlüklə müşahidə kamera sistemi ilə təmin edilmişdir və xüsusi mühafizə heyəti tərəfindən 24/7 izlənilir və təhlükəsizlik təmin edilir. Binalara kənar şəxslərin girişinin qarşısının alınması məqsədilə bütün blokların girişində yeni nəsil üz tanıma sistemi ilə işləyən dofomonlar quraşdırılmışdır.

Sözü gedən şəxsin isə böhtan xarakterli paylaşımına görə şirkətimizin işgüzar nüfuzuna dəymiş zərərin ödənilməsi məqsədilə təzminat tələbi ilə aidiyyəti məhkəməyə müraciət edilmişdir və bu məsələ hüquqi müstəvidə öz həllini tapacaq.".

Məhkəməyə təqdim edilən iddiada göstərilir ki, yayılan videonun mənfi təsirləri nəticəsində şirkətə həm maddi, həm də mənəvi ziyan dəyib.

Şirkət nümayəndələri bildirirlər ki, bu səbəbdən ümumi təzminat müəyyən edilib və məhkəmədən cavabdeh şəxsə qarşı iddianın təmin olunması tələb olunub.

Paylaş

Xəbər lenti

Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Dünən, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Dünən, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Dünən, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Dünən, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Dünən, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Dünən, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Dünən, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Dünən, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Dünən, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Dünən, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR