18-09-2025, 14:48 312

Azərbaycanda ətin bahalaşması davam edəcəkmi?

Azərbaycan əhalisinin gündəlik qida rasionunda mühüm yer tutan ət bahalaşmaqda davam edir.

Hazırda ölkədəki marketlərdə, eləcə də fərdi sahibkarlara məxsus ət mağazalarında 1 kiloqram dana ətinin qiyməti 20 manata yaxındır, quzu ətinin qiyməti isə 20 manatı keçib.

BAKU.WS xəbər verir ki, Report ətin bahalaşmasının səbəbləri və nə qədər davam edəcəyi barədə araşdırma aparıb.

Paytaxtda qəssablıq edən Aqil Əhmədov deyir ki, o, bacardıqca satdığı ətin maya dəyərinin az olmasına çalışır, odur ki, heyvanları əsasən Bərdə bazarından, yəni birbaşa istehsalçıdan alır: "Əhali mal-qarasını və qoyun-quzusunu özü bazara çıxarır, biz isə oradan tədarük edirik. Qiymətlər bazar iqtisadiyyatının əsas prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında formalaşır. Satışın maya dəyərinə nəqliyyat və kəsim xərcləri də əlavə olunur ki, bu da yekun qiymətə təsir göstərir. Bundan başqa, iri və xırdabuynuzlu heyvanların sayında azalma müşahidə edilir. Son vaxtlar yayılan dabaq xəstəliyinin də bazara müəyyən təsiri var".

Onun proqnozuna görə, yaxın aylarda ət qiymətlərində ciddi artım gözlənilmir: "Yalnız cüzi bahalaşma mümkündür. Ümumilikdə isə noyabr ayına qədər qiymətlərin sabit qalacağı gözlənilir".

Naxçıvan Muxtar Respublikasının keçmiş kənd təsərrüfatı naziri, aqrar sahə üzrə ekspert Rəcəb Orucov deyir ki, son illər ətin sürətlə bahalaşmasının həm obyektiv, həm də subyektiv səbəbləri var. Onun sözlərinə görə, hər şeydən əvvəl ölkədə iri və xırdabuynuzlu heyvanların sayı azalıb: "Bu azalma bir tərəfdən heyvan saxlamağın əvvəlki illərə nisbətən baha başa gəlməsi, digər tərəfdən isə intensiv heyvandarlıq sahəsindəki müəyyən çətinliklərlə bağlıdır".

Xatırladaq ki, 2025-ci ilin yanvarın 1-nə ölkədə olan iribuynuzlu mal-qaranın sayı 2 milyon 465,6 min baş, 2024-cü il yanvarın 1-nə 2 milyon 507,7 min baş, 2023-cü il yanvarın 1-nə 2 milyon 618,1 min baş, 2022-ci il yanvarın 1-nə 2 milyon 648,8 min baş, 2021-ci il yanvarın 1-nə 2 milyon 650,7 min baş, 2020-ci il yanvarın 1-nə isə 2 milyon 646,6 min baş olub.

Azərbaycanda ətin bahalaşması davam edəcəkmi?

Bundan başqa, 2025-ci il yanvarın 1-nə ölkədə olan qoyun-keçilərin sayı 6 milyon 896,5 min baş, 2024-cü il yanvarın 1-nə 7 milyon 60,6 min baş, 2023-cü il yanvarın 1-nə 7 milyon 751,7 min baş, 2022-ci il yanvarın 1-nə 7 milyon 899,7 min baş, 2021-ci il yanvarın 1-nə 8 milyon 89,7 min baş, 2020-ci il yanvarın 1-nə 8 milyon 189,2 min baş olub.

Ekspert vurğulayıb ki, heyvandarlıq məhsullarının maya dəyərinə təsir edən əsas amillərdən biri yemdir: "Son illər yem komponentlərinin, xüsusilə də taxıl məhsullarının qiymətlərində müəyyən azalma olsa da, bu, ümumi bazarda ciddi ucuzlaşma yaratmayıb. Qarğıdalı, arpa və buğdanın qiymətlərində kəskin artımlar olmasa da, yem zavodlarının bu məhsulları bazara baha təqdim etməsi nəticə etibarı ilə ətin bahalaşmasına təsir göstərir. Bundan başqa, bazarların tənzimlənməsi mexanizmləri zəif olduğundan istehsalçıların məhsulu birbaşa bazara çıxarma imkanı məhduddur, odur ki, aradakı vasitəçi qurumlar məhsulları onlardan alıb daha yüksək qiymətə bazara çıxarırlar. Beləliklə, rayon və şəhər qiymətləri arasında kəskin fərqlər yaranır. Bu fərq bəzən 30-40%-ə qədər çata bilir. Bu da o deməkdir ki, qiymət təkcə istehsal xərcləri ilə bağlı deyil, həm də bazarda fəaliyyət göstərən vasitəçilərdən asılıdır".

Bundan başqa, onun sözlərinə görə, son dövrlərdə ölkədə örüş yerlərinin sayı nəzərəçarpacaq dərəcədə azalıb: "Bu, həm kənd təsərrüfatı üçün mövcud torpaq fondunu məhdudlaşdırıb, həm də heyvandarlıq sahəsində bəzi çətinliklərin yaranmasına gətirib çıxarıb. Çünki örüş sahələrinin azalması heyvanların yemlənməsində əlavə xərclərə səbəb olur və fermerlərin məhsuldarlığına təsir göstərir".

Bununla belə, ekspert müsbət məqam kimi qeyd edib ki, artıq əhalinin işğaldan azad edilmiş ərazilərə təsərrüfatlarını çıxarmaq imkanı yaranıb: "Bu isə həm yeni örüş sahələrinin istifadəyə verilməsi, həm də kənd təsərrüfatı istehsalının miqyasının genişlənməsi baxımından mühüm fürsət hesab olunur. Onun fikrincə, bu imkanlardan düzgün istifadə edildiyi təqdirdə, həm heyvandarlığın inkişafına, həm də ölkənin ərzaq təhlükəsizliyinə töhfə vermək mümkündür".

R. Orucovun sözlərinə görə, heyvandarlıq məhsullarının maya dəyərinə təsir edən mühüm amillərdən biri də logistika və daşınma xərcləridir: "Əvvəllər yem və digər məhsulların daşınması nisbətən ucuz başa gəlirdisə, indi qiymətlərdə 40-60%-ə qədər artım var Bu artım təkcə yanacaq xərclərinin artması ilə bağlı deyil, həm də ümumilikdə daşınma xidmətlərinin bahalaşması ilə əlaqədardır. Beləliklə, yem və digər komponentlərin qiymətində ciddi artım olmasa da, onların istehsalçıya çatdırılması xərcləri yüksəldir".

O həmçinin deyib ki, heyvandarlıq təsərrüfatlarında baytarlıq xidmətlərinin, dərmanların və digər sanitar-gigiyenik tədbirlərin xərcləri də son illərdə əhəmiyyətli dərəcədə artıb: "Bu isə birbaşa məhsulun maya dəyərinə əlavə olunur və nəticədə bazarda qiymətlərin yüksəlməsinə gətirib çıxarır. Avropadan gətirilən yüksək məhsuldar heyvan cinslərinin yerli şəraitə uyğunlaşdırılmasında çətinliklər var. Təcrübəsiz şəxslərin təsərrüfatlara girişməsi, müasir texnologiyalardan istifadə olunmaması və səhv yemləmə üsulları istehsalın səmərəliliyini azaldır. Bu da ümumi rentabelliyə mənfi təsir göstərir".

"Azərbaycanda ət məhsulları gündəlik qida rasionunda, xüsusilə də toy, yas və digər mərasimlərdə geniş istifadə olunur. Əhalinin həyat tərzində bu məhsullar mühüm yer tutduğu üçün tələb sabit qalır və bu, istehsal azalması fonunda qiymət artımını qaçılmaz edir. Çox güman ki, bahalaşma davam edəcək",- deyə o əlavə edib.

Ətin bahalaşmasına münasibət bildirən Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi isə qeyd edir ki, Azərbaycanda ətin qiyməti tənzimlənmədiyindən sahibkarlar qiymətləri sərbəst müəyyən edə bilərlər. Müştərilər məhsulların arasından qiyməti və istehlak xassələri uyğun olan malı öz ehtiyacına görə seçərək ala bilər.

"Agentlik iri və xırdabuynuzlu heyvan əti bazarında konsentrasiya səviyyəsinin və təchizat zəncirinin mərhələləri üzrə qiymət əmələgəlmə mexanizminin müəyyənləşdirilməsi məqsədilə mütəmadi araşdırmalar aparır. Təhlil nəticəsində müvafiq bazarda bazarın rəqabət vəziyyətinə mənfi təsir edən amillər, o cümlədən hökmran mövqedən və bazar gücündən sui-istifadə, rəqabəti məhdudlaşdıran üfüqi və şaquli sazişlər təsbit edilməyib, müvafiq bazarın çoxiştirakçılı və rəqabətli bazar strukturuna sahib olduğu müəyyən edilib. Müvafiq bazarda qiymətlərin dinamikasına təsir edən bir sıra amillər mövcuddur. Bunlara mövsümi faktorlar, tələbin anidən artması, yem qiymətlərində müşahidə olunan dəyişikliklər, örüş-otlaq sahələrinin azalması, ət və ət məhsulları üzrə özünütəminetmə səviyyəsi və təklifin azalması, iri və xırdabuynuzlu heyvan sayında azalma və s. aid edilə bilər. Tələb-təklif balansının dəyişməsi isə təchizat zəncirinin son mərhələsində qiymət dəyişikliyinə təsir edir.

Rəqabət qanunvericiliyinin tələblərinin pozulması hallarına qarşı dövlət nəzarəti çərçivəsində müvafiq tədbirlər həyata keçirilir. Qiymətlərdəki dəyişikliklərin rəqabət qanunvericiliyinin pozulmasından irəli gəldiyini sübut edən sənədlər və məlumatlar Rəqabət Məcəlləsinin tələblərinə uyğun olaraq təqdim edildiyi təqdirdə, həmin məsələyə mahiyyəti üzrə baxıla bilər", - deyə məlumatda qeyd olunub.

2024-cü ildə ölkədə bütün növ ət ehtiyatlarının həcmi 476 min 917 ton olub ki, bu da 2023-cü illə müqayisədə 4,1 % çoxdur. Ət ehtiyatlarının 2,5%-i ilin əvvəlindən qalan qalıq hesabına, 81 %-i istehsal, 16,4 %-i idxal hesabına formalaşıb.

Ötən il ölkədə 386 min 323 ton ət istehsal edilib ki, bu da əvvəlki illə müqayisədə 0,9 % çoxdur. İl ərzində ölkəyə ət idxalı 17,5 % artaraq 78 min 453 tona çatıb. İlin əvvəlinə qalıq isə 14 % artaraq 12 min 241 ton olub.

Hesabat dövründə Azərbaycanın bütün növ ət məhsulları ilə özünü təminetmə səviyyəsi 2,2 % azalaraq 83,4 % olub.

Bir sözlə, Azərbaycanda ətin bahalaşması həm istehsal xərclərinin artması, həm də bazar mexanizmlərində mövcud olan problemlərlə bağlıdır. Belə şəraitdə, həm dövlətin, həm də fermerlərin qarşısında duran əsas vəzifə heyvandarlıq təsərrüfatlarının dayanıqlı inkişafını təmin etməkdir. İşğaldan azad edilmiş ərazilərin kənd təsərrüfatı dövriyyəsinə qaytarılması, yem bazasının möhkəmləndirilməsi, müasir texnologiyaların tətbiqi və istehsalçıların birbaşa bazara çıxış imkanlarının artırılması qiymət artımının qarşısını almaq üçün vacibdir. Əks halda, istehsalın azalması fonunda tələbin yüksək qalması ətin bahalaşmasını davamlı edəcək.

Paylaş

Xəbər lenti

Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Dünən, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Dünən, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Dünən, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR