20-09-2025, 20:48 764

20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib

"Əsrin müqaviləsi"nin imzalanmasının 31-ci ildönümü və Neftçilər Günü peşə bayramı münasibətilə tədbir keçirilib.

BAKU.WS xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

Bildirilib ki, əvvəlcə SOCAR prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Fəxri xiyabanda müasir Azərbaycan dövlətinin banisi, ölkəmizin yeni enerji strategiyasının müəllifi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, ulu öndərin əziz xatirəsini dərin ehtiramla anıblar.

Sonra Şəhidlər xiyabanına gələn SOCAR kollektivi ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsini dərin minnətdarlıqla yad edib.

SOCAR-ın Baş ofisində keçirilən tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Azərbaycanın dövlət suverenliyi və ümummilli liderin müəllifi olduğu Azərbaycanın enerji siyasətini əks etdirən videoçarx nümayiş etdirilib. Videoçarxda ulu öndərin müəyyənləşdirdiyi müdrik enerji siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, dövlətimizin başçısının uzaqgörən siyasəti nəticəsində tarixi zəfərlərə aparan yol, ölkəmizin suverenliyinin tam bərpası kimi tarixi nailiyyətlər əks etdirilib.

Tədbirdə çıxış edən SOCAR prezidenti Rövşən Nəcəf Dövlət Suverenliyi Günü və Neftçilər Günü peşə bayramı münasibətilə təbriklərini çatdırıb.

Rövşən Nəcəf dövlətimiz tərəfindən neftçilərin sosial rifahını daim diqqətdə saxlandığını, onların əməyinin yüksək qiymətləndirildiyini bildirib, göstərilən yüksək qayğıya görə neftçilər adından minnətdarlığını ifadə edib.

20 sentyabr 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi"nin Azərbaycanın müasir inkişaf yolunun başlanğıcı olduğunu söyləyən Rövşən Nəcəf ulu öndər Heydər Əliyevin siyasi iradəsi sayəsində imzalanan bu müqavilənin ölkəmizi tamamilə yeni mərhələyə çıxardığını qeyd edib.

Həyata keçirilən strateji layihələrin Azərbaycanın regional liderə çevrilməsinə geniş imkanlar yaratdığını deyən SOCAR prezidenti Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri, Cənub Qaz Dəhlizi, eləcə də TANAP və TAP kimi qaz boru kəmərlərinin ölkəmizin enerji resurslarının dünya bazarına çıxışını təmin etdiyini və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını vurğulayıb.

Son illər əldə olunan nailiyyətlərdən bəhs edən Rövşən Nəcəf bu gün Azərbaycan təbii qazının dünyanın 14 ölkəsinə ixrac olunduğunu diqqətə çatdırıb. Bu il Azərbaycan qazının Ukrayna və Suriyaya nəqlinin ölkəmizin beynəlxalq təchizatçı kimi mövqelərini daha da möhkəmləndirdiyini qeyd edib.

SOCAR-ın Xəzər regionunda həyata keçirilən layihələrlə yanaşı, fəaliyyət coğrafiyasını da genişləndirdiyini söyləyən Rövşən Nəcəf SOCAR-ın beynəlxalq enerji şirkətinə çevrilməsi istiqamətində atılan mühüm addımlardan bəhs edib.

Sonra qocaman neftçi, "Azneft" İB-nin "28 May" NQÇİ-nin ustası Sahib Nuriyev tərəfindən neftçilərin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladıqları təşəkkür məktubu oxunub. Məktubda neftçilərə göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarlıq ifadə olunub.

"Gənc İstedadlar Proqramı"nın 2023-cü il üzrə qalibi Ayşən Qənbərli çıxışında "Əsrin müqaviləsi"nin ölkəmizin hərtərəfli tərəqqisində, o cümlədən gənclərin inkişafındakı rolundan bəhs edib.

Daha sonra fəaliyyətdə fərqlənən bir qrup neftçi "Fəxri neftçi" döş nişanı və Fəxri fərmanla təltif olunub.

Tədbir çərçivəsində, həmçinin "SOCAR Könüllüləri" qrupunun yeni üzvlərinin təqdimatı olub. "SOCAR könüllüləri" qrupunun son bir illik fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilib. Qrupun layihələrin idarəedilməsi və ümumi işlərin təşkili üzrə meneceri Cavid Həsənzadə çıxışında ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından danışıb, SOCAR könüllülərinə göstərilən dəstəyə görə minnətdarlığını ifadə edib.

Tədbir BANM tələbələri tərəfindən "Azərbaycan" şeirin səsləndirilməsi, vətənpərvər ruhda və neftçilərə həsr olunmuş konsert proqramı ilə davam etdirilib.

Paylaş

Xəbər lenti

Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR