21-09-2025, 16:48 379

"Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub.

AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, "Redd Bull" pilotu Maks Ferstappen bütün rəqiblərini qabaqlayıb.

Niderlandlı sürücü ikinci dəfə Bakıda qələbə sevinci yaşayıb.

O, daha əvvəl 2022-ci ildə də Azərbaycan Qran-prisində treki birinci pillədə başa vurub.

***16:22

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində əsas yarış davam edir.

AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, "Red Bull" pilotu Maks Ferstappen 40-cı dövrədən sonra da liderdir.

"Mercedes"dən Corc Rassell ikinci, Uilyams"dan Karlos Sayns üçüncü yerdədir.

Qeyd edək ki, Maks Ferstappen 2022-ci ildə Azərbaycan Qran-prisinin qalibi olub.

****16:04

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində əsas yarış davam edir.

AVESTA.AZ xəbər verir ki, "Red Bull" pilotu Maks Ferstappen 30 dövrədən sonra hələ də liderdir.

"Mercedes"dən Corc Rassell ikinci, Ferstappenin komanda yoldaşı Yuki Tsunoda üçüncü yerdədir.

"Maklaren"dən Lando Norris dördüncü, "Ferrari"dən Lyuis Hemilton beşincidir.

***

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində əsas yarış davam edir.

AVESTA.AZ xəbər verir ki, "Red Bull" pilotu Maks Ferstappen 20 dövrədən sonra liderdir.

***15:28

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində əsas yarış davam edir.

AVESTA.AZ xəbər verir ki, 10 dövrədən sonra "Red Bull" pilotu Maks Ferstappen liderdir.

"Uilyams"dan Karlos Sayns ikinci, "Reysinq Bulls"dan Liam Louson üçüncü yerdədir.

Yarışın startında "Maklaren" pilotu Oskar Piastri qəza törədib.

***15:10

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisinin əsas yarışında ilk qəsəza baş verib.

AVESTA.AZ xəbər verir ki, "Maklaren" pilotu Oskar Piastri uğursuzluqla üzləşib.

Onun idarə etditi bolis səddə dəyib.

***15:00

Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisində əsas yarış başlayıb.

AVESTA.AZ xəbər verir ki, mübarizəyə saat 15:00-da start verilib.

Ötən gün sıralama turunda "Red Bull" pilotu Maks Ferstappen birinci olub. "Uilyams"dan Karlos Sayns ikinci, "Reysinq Bulls"dan Liam Louson üçüncü yeri tutub. "Mercedes"dən Andre Kimi Antonelli dördüncü, onun komanda yoldaşı Corc Rassell beşinci pillədə qərarlaşıb.

20 döngə, 51 dövrədən ibarət olan Bakı treki ümumilikdə 306,049 km məsafəni əhatə edir. Paytaxtdakı ilk yarış Avropa Qran-prisi kimi 2016-cı ildə baş tutub. Sonrakı səkkiz turnir Azərbaycan Qran-prisi adlanıb.

2016-cı ildə almaniyalı Niko Rosberq yarışı hamıdan tez tamamlayıb. Növbəti illərdə müvafiq olaraq Daniel Rikkardo (Avstraliya), Lyuis Hemilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika) və Maks Ferstappen (Niderland) treki birinci pillədə başa vurublar. 2023-cü ildə isə Peres ikinci dəfə Bakıda qalib gəlib. 2024-cü ildə "Maklaren"dən Oskar Piastri bütün rəqiblərini qabaqlayıb. 2020-ci ildə koronavirus pandemiyası səbəbindən paytaxtımızda yarış təşkil olunmayıb.

Azərbaycan Qran-prisinədək "Maklaren" pilotu Oskar Piastri 324 xalla liderdir. Onun komanda yoldaşı Lando Norris (293 xal) ikinci, "Red Bull"dan Maks Ferstappen (230 xal) üçüncüdür.

Konstruktorlar Kubokunda isə "Maklaren" liderdir - 617 xal. "Ferrari" ikinci (280 xal), "Mersedes" (260 xal) üçüncü pillədə qərarlaşıb.

***08:53

Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisinə bu gün yekun vurulacaq.

AVESTA.AZ xəbər verir ki, əsas yarış saat 15:00-da start götürəcək.

Ötən gün sıralama turunda "Red Bull" pilotu Maks Ferstappen birinci olub. "Uilyams"dan Karlos Sayns ikinci, "Reysinq Bulls"dan Liam Louson üçüncü yeri tutub. "Mercedes"dən Andre Kimi Antonelli dördüncü, onun komanda yoldaşı Corc Rassell beşinci pillədə qərarlaşıb.

Bu gün "Formula 2"də də mübarizəyə yekun vurulacaq. İkinci dərəcəli pilotların əsas yarışı saat 11:00-da başlayacaq. Burada sıralama turunda ən yaxşı nəticəni "Dams Lukas Oil"dən Cek Krouford göstərib.

20 döngə, 51 dövrədən ibarət olan Bakı treki ümumilikdə 306,049 km məsafəni əhatə edir. Paytaxtdakı ilk yarış Avropa Qran-prisi kimi 2016-cı ildə baş tutub. Sonrakı səkkiz turnir Azərbaycan Qran-prisi adlanıb.

2016-cı ildə almaniyalı Niko Rosberq yarışı hamıdan tez tamamlayıb. Növbəti illərdə müvafiq olaraq Daniel Rikkardo (Avstraliya), Lyuis Hemilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika) və Maks Ferstappen (Niderland) treki birinci pillədə başa vurublar. 2023-cü ildə isə Peres ikinci dəfə Bakıda qalib gəlib. 2024-cü ildə "Maklaren"dən Oskar Piastri bütün rəqiblərini qabaqlayıb. 2020-ci ildə koronavirus pandemiyası səbəbindən paytaxtımızda yarış təşkil olunmayıb.

Azərbaycan Qran-prisinədək "Maklaren" pilotu Oskar Piastri 324 xalla liderdir. Onun komanda yoldaşı Lando Norris (293 xal) ikinci, "Red Bull"dan Maks Ferstappen (230 xal) üçüncüdür.

Konstruktorlar Kubokunda isə "Maklaren" liderdir - 617 xal. "Ferrari" ikinci (280 xal), "Mersedes" (260 xal) üçüncü pillədə qərarlaşıb.

Paylaş

Xəbər lenti

Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR