22-09-2025, 15:48 568

Məzahir Pənahovun oğlu Azərbaycandan gedib -

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun oğlu Məhəmməd Pənahovla keçmiş həyat yoldaşı arasındakı qalmaqal səngimir. Bakı Apellyasiya Məhkəməsi tərəflərin boşanmasını təsdiqləyib və qadına çatmalı olan əmlakın ona qaytarılması barədə yeni qərar çıxarıb. Lakin oğul Pənahov heç bir qərarla razılaşmır. O, çəkişməni Ali Məhkəmədə davam etdirməyə hazırlaşır.

AVESTA.AZ modern.az-a istinadən xəbər verir ki, gəlin H.Pənahova isə yeni iddialarla "Qafqazinfo"ya müraciət edib.

Qadının sözlərinə görə, keçmiş əri hələ də ona və vəkilinə müəyyən vasitələrlə təzyiq göstərməyə çalışır. Özü ölkəyə gəlməsə də, vəkili məhkəmədə ona qarşı uydurma çıxışlar edir: "Binəqədi Məhkəməsində məni oğru və böhtançı kimi təqdim etməyə çalışırdılar. Guya tələb etdiyim əşyaları mən evdən qaçmazdan əvvəl harasa daşımışam. Lakin Məhəmməd və ailəsi yaxşı bilir ki, belə bir şey mümkün deyildi. Biz bir il Bakının "Milyonçular məhəlləsi" kimi tanınan Ceyhun Hacıbəyli küçəsində dördmərtəbəli imarətdə yaşamışıq.

Məzahir Pənahovun oğlu Azərbaycandan gedib -

Sonra da Kaliforniya ştatının Los-Anceles şəhərinə köçmüşük. Hər iki evimizdə otaqların hər birində kameralar quraşdırılmışdı. Mən heç evdən tək çıxmırdım, həmişə sürücüləri müşayiət edirdilər. 300 minə yaxın qiyməti olan həmin əşyalar hamısı mənə aiddir: cehiz, geyimlər, qızıl-zinət əşyaları və sair. Zinət əşyalarının və geyimlərin bir hissəsi nikah dövründə hədiyyə kimi verilib. Amma əvvəlki məhkəmədə məni əliboş gələn gəlin kimi təqdim etdilər. Ən maraqlı və gülüş doğuran məqam isə odur ki, Bakı Apellyasiya Məhkəməsində fikirlərini dəyişiblər. Dedilər ki, guya toyda mənə hədiyyə etdikləri qızıl-brilyant komplekti Məhəmmədin bacısından icarəyə götürülüb. Belə yalan olar? Pənahovlar ailəsinin gəlininə komplekt almağa pulu yoxdur? İnanırsınız, məhkəmədə hakim özü belə bu sözün inandırıcı olmadığını dedi. İndi onların istədiyi odur ki, mənə heç nə çatmasın. Mən onlardan nə imarətlər, nə maşınlar, nə də pul istəmişəm və istəmirəm də – sadəcə boşanmaq və mənə aid olanı almaq istəyirəm".

Məzahir Pənahovun oğlu Azərbaycandan gedib -

H.Pənahova söhbət zamanı daha bir ciddi iddia irəli sürüb. Bundan əvvəlki şikayətində gəlin ərinin ona şiddət göstərməsi nəticəsində yaranan stres səbəbindən bətnindəki övladını itirdiyini demişdi. Bu dəfə isə o, ərinin göstərdiyi şiddətdən danışarkən ikinci övladının da vaxtından əvvəl doğulduğunu, üç gün sonra isə xəstəxanada öldüyünü deyib: "İkinci hamiləliyimin yeddinci ayının əvvəli idi. Novxanıda yerləşən restoranda oturmuşduq. Məhəmməd sərxoş olmuşdu. Həmin vaxt dava salıb, sürücüsü və ofisiantların qarşısında əlimi kəsdi.

Sabahı gün əlimin açıq yarasını estetik əməliyyat etdirərkən bacısı hadisəni ört-basdır etmək üçün həkim və tibb bacılarına pul təqdim etdi. Pul qarşılığında tibb müəssisəsi hadisəni qeydə almadı və hüquq-mühafizə orqanlarına müraciət etmədilər. Ondan bir həftə sonra Məhəmməd yenə evdə dava saldı. Davadan sonra yaranmış streslə bağlı vəziyyətim pisləşdi və yenidən xəstəxanaya getdik. Orada vaxtından üç ay əvvəl övladım doğuldu. Amma körpə cəmi üç gün yaşadı. Beləliklə, bu övladım da ailədaxili şiddətin qurbanı oldu.

Məzahir Pənahovun oğlu Azərbaycandan gedib -

İkinci hamiləliyimdə Məhəmməd öz övladını faktiki olaraq öldürdü və mən bunu ona heç vaxt bağışlamayacağam. Hələ Bakıda olanda dəfələrlə Məhəmmədin ailəsinə yalvardım ki, onun həm psixoloji pozğunluğuna, həm də alkoqol asılılığına görə müalicəyə göndərsinlər. Mən də işimi buraxıb ona daim dəstək olardım. Amma ailəsi kömək etmədi, düşündülər ki, təzə gəlinəm və baş çıxarmalıyam. Məzahir Pənahov sadəcə oğluna deyirdi ki, içkini burax və həyat yoldaşına yaxşı bax, lakin heç bir nəticəsi olmurdu. Sonradan Los-Ancelesə köçdük, orada da eyni şeylər təkrarlandı. Nəhayət Bakıya qayıtdım.

Burada isə hər kəs soruşurdu ki, niyə Amerikada onu polisə şikayət etməmişəm, axı orada nə yüksək vəzifə, nə də atasının əlaqələri kömək edər. Əlbəttə, mən ərimi polisə şikayət edə bilərdim: onu həbs edərdilər, Amerikaya girişi və biznesi beş il müddətinə qadağan edərdilər, mən isə Amerika hökumətinin himayəsini və vətəndaşlığını alardım. Ancaq ilk növbədə mən qayınatam haqqında düşündüm. Onun illərlə qurduğu nüfuzunun zərər görməsini istəmirdim, çünki mən ona çox hörmət edirdim. Mən sakit və dinc yolla boşanmaq istəyirdim, lakin Pənahovların belə davranacaqlarını heç gözləmirdim. Təsəvvür edin, məni nə həddə çatdırıblar ki, mən bu hadisələrlə bağlı media vasitəsilə açıqlama verirəm".

H.Pənahova keçmiş ərinin əməlləri ilə bağlı Azərbaycanda hüquq-mühafizə orqanlarına müraciət edib. Yekun olaraq şikayəti polis araşdırır. Lakin Məhəmməd Pənahov ölkədə olmadığından qarşı tərəfin iddiaları cavabsız qalıb.

Paylaş

Xəbər lenti

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Bu gün, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Bu gün, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Bu gün, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Bu gün, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Bu gün, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Bu gün, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Bu gün, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Bu gün, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Bu gün, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Bu gün, 15:48 Qərbi Azərbaycanla bağlı muzey yaradılması nəzərdən keçirilir Bu gün, 15:48 Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb Bu gün, 15:48 "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun Əsasnaməsi" təsdiqlənib Bu gün, 15:48 Azərbaycan-Gürcüstan sərhədini pozan şəxslərdən narkotik maddə müsadirə edilib Bu gün, 15:48 Məhkəmə 250 mini mənimsəyən satış müdiri barədə qərar verdi Bu gün, 15:48 Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb Bu gün, 14:48 Həkim xəstəxana tualetlərində 874 qadını gizlicə kameraya çəkib Bu gün, 14:48 Ceyhun Bayramov: Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır Bu gün, 14:48 Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi davam etdirilir Bu gün, 14:48 Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb Bu gün, 14:48 Polis kredit götürmək istəyənə qarşı dələduzluq edən şəxsi saxlayıb Bu gün, 14:48 3 gün ardıcıl yağış və qar yağacaq - XƏBƏRDARLIQ Bu gün, 14:48 Mürsəl İbrahimov yeni rəis təyin etdi Bu gün, 14:48 Azərbaycan və Estoniya XİN başçılarının geniştərkibli görüşü olub Bu gün, 13:48 Horadiz-Ağbənd dəmir yolu xəttində 5 körpü tikilib Bu gün, 13:48 Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Milli Məclisdə VACİB TƏKLİF Bu gün, 13:48 ABŞ-də fırtına 500 mindən çox abonenti işıqsız qoydu Bu gün, 13:48 Türkiyədə məşhurlara qarşı istintaq - 3 tanınmış şəxs həbs edildi Bu gün, 13:48 El-Ninyo 1950-ci ildən bəri ən güclü həddə çata bilər Bu gün, 13:48 Qan analizi verənlərə xəbərdarlıq: Şəkərsiz qəhvə də nəticələri dəyişə bilər Bu gün, 13:48 Ceyhun Bayramov: Azərbaycan və Estoniya arasında 8 sənəd üzərində iş aparılır Bu gün, 13:48 "İnter" və "Yuventus" Azərbaycanın U-21 millisinin futbolçusu Lorenzo Mezzotero ilə maraqlanırlar Bu gün, 12:48 Mincivanda hərbi qulluqçulara xidməti mənzillərin orderləri təqdim edilib Bu gün, 12:48 Aparıcı Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı Bu gün, 12:48 Bir sıra mallar bütün gömrük ödənişlərindən azad oluncaq Bu gün, 12:48 Azərbaycanda şənbə günü hava dumanlı olacaq Bu gün, 12:48 Beşinci mərtəbədən yıxılaraq ölən tələbə vəfatından əvvəl atasına nə deyib? Bu gün, 12:48 Avtoservisdə ustanın 5 min manatı oğurlandı - Müştəri saxlanıldı Bu gün, 12:48 Ali məktəbdə təhsil alan uşaqlar üçün aliment ödənişlərinin 23 yaşa qədər uzadılması təklif edilib Bu gün, 12:48 Bankdan kredit götürənləri SEVİNDİRƏCƏK XƏBƏR - Borclar... Bu gün, 11:48 Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib Bu gün, 11:48 JAECOO Ginnesin Rekordlar Kitabına düşdü: üç zirvə və yeni dünya rekordu Bu gün, 11:48 İsa Həbibbəyli: Qafqaz Albaniyasının tarixi ilə bağlı araşdırmalar genişləndiriləcək Bu gün, 11:48 Milli Məclisin iclası başlayıb, 10 məsələ müzakirə ediləcək Bu gün, 11:48 Vüqar Bayramov: Zəngəzur dəhlizinin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsi mümkündür Bu gün, 11:48 Ali Məhkəmə: Körpənin doğuşda ölümü ilə bağlı cinayət işində pozuntu var Bu gün, 11:48 Məleykə Abbaszadə C bloku ilə bağlı məsələni nəzarətə götürüb, işçi qrupu yaradılıb Bu gün, 11:48 Sənədsiz evlərlə bağlı VACİB XƏBƏR: Yeni qərar nəyi dəyişəcək? Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR