
Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzinin şagirdi bıçaqlanıb.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri arasında yaranan mübahisə bıçaqlanma ilə bitib.
Hadisə nəticəsində rayonun Yalama kənd sakini, 2008-ci il təvəllüdlü E.Şıxbabayev çoxsaylı kesilmiş-deşilmiş yaralar alıb.
Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, cərrahi əməliyyat olunub.
Hadisəni törətməkdə şübhəli bilinən Mirzəyev Elnur Şahin oğlu saxlanılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.