22-09-2025, 18:48 332

III Bakı Təhlükəsizlik Forumu təşkil olunub

Sentyabrın 21-də Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı və 90-a yaxın ölkənin xüsusi xidmət orqanlarının rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə "Terror aktları və silahlı münaqişələr zamanı humanitar böhranların və qlobal texnogen fəlakətlərin qarşısının alınmasında təhlükəsizlik orqanlarının birgə fəaliyyəti" mövzusunda III Bakı Təhlükəsizlik Forumu keçirilib.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətindən məlumat verilib.

Tədbir açıq elan edildikdən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin forumun iştirakçılarına müraciəti oxunmuş, ardınca konfransın mövzusu ilə bağlı videomaterial nümayiş etdirilib.

Açılış nitqi ilə çıxış edən DTX-nin rəisi general-polkovnik Əli Nağıyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulan və ənənəvi olaraq hər il təşkil edilən forumun iştirakçılarını növbəti dəfə Bakı şəhərində salamlamaqdan məmnun olduğunu bildirib, dünyanın müxtəlif bölgələrindən olan ölkələrin təhlükəsizlik orqanlarını dəyirmi masa ətrafında birləşdirən və iştirakçı dövlətlərin sayının ildən-ilə artması ilə müşayiət olunan bu tədbirin beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi, məlumat və qarşılıqlı fikir mübadilələrinin aparılması, qlobal təhlükəsizliyə yönələn müasir çağırışlarla mübarizədə səylərin birləşdirilməsi baxımından önəmli platformaya çevrildiyini vurğulayıb, forumun keçirilməsində göstərdiyi hərtərəfli dəstəyə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü ifadə edib.

Xidmət rəisi beynəlxalq təhlükəsizlik sisteminə təhdidlər sırasında yer alan terror hücumlarının, silahlı münaqişələrin, texnogen qəzaların və ekoloji fəlakətlərin qarşısının alınmasında xüsusi xidmət orqanlarının vacib rol oynadığını, sadalanan mənfi təzahürlərin nəticəsində yaranan humanitar böhranlar zamanı kompleks yanaşmanın sərgilənməsinin, ölkələrin təhlükəsizlik qurumlarının və aidiyyəti təsisatlarının koordinasiyalı fəaliyyət göstərməsinin zəruriliyini diqqətə çatdırıb.

Daha sonra tədbir müvafiq ölkələrin xüsusi xidmət orqanlarının nümayəndələrinin çıxışları ilə davam edib, budəfəki Bakı Təhlükəsizlik Forumunun da beynəlxalq və regional təhlükəsizliyin təminatı üçün birgə səylərin səfərbər olunmasına, xüsusi xidmət orqanları arasında əməliyyat diplomatiyasının, qarşılıqlı fəaliyyətin, ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafına mühüm töhfələr verəcəyinə əminlik ifadə olunub.

Tədbir nümayəndə heyətlərinin rəhbərləri tərəfindən Bakı Təhlükəsizlik Forumunun Bəyannaməsi və Əsasnaməsinin qəbul edilməsi ilə başa çatıb.

Paylaş

Xəbər lenti

Qonşusunu bıçaqla ürəyindən vuran şəxsə AĞIR CƏZA Bu gün, 12:48 Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq Bu gün, 12:48 Bakıda 51 min manatlıq oğurluq olub Bu gün, 12:48 Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim Bu gün, 12:48 "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib Bu gün, 12:48 Naomi Kempbell Bakıda Bu gün, 12:48 Kriştiano Ronaldo: "Məni öldürmək istəyənlər var" Bu gün, 12:48 Motosiklet sürücülərinə qarşı REYD: 22 nəfər saxlanıldı Bu gün, 12:48 Türkiyədə 5,4 ballıq zəlzələ olub, yollarda çat əmələ gəlib Bu gün, 12:48 "Formula 2": Azərbaycan Qran-prisində sərbəst yürüş başa çatıb Bu gün, 11:48 Suraxanıda 32 kiloqram narkotik vasitə aşkarlanıb Bu gün, 11:48 "Sabah"ın Çempionlar Liqasındakı oyunlarına 100 mindən çox bilet SATILDI Bu gün, 11:48 "Formula -1" "Sea Breeze"də keçirilə bilər Bu gün, 11:48 Almaz Ələsgərova: "Müğənniyə pis söz yazıb, təhqir edirlər, bunu özü qazanıb" Bu gün, 11:48 FHN Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib Bu gün, 11:48 Psixoloq Ciqanın silahlı insidenti ilə bağlı iddia irəli sürdü Bu gün, 11:48 Ukrayna bu səbəbdən təxminən 4,5 milyard dollar itirib Bu gün, 11:48 "Azeri Light"ın qiyməti 121 dolları ötdü – bahalaşdı Bu gün, 10:49 Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir Bu gün, 10:49 IV Bakı Təhlükəsizlik Forumu keçirilib Bu gün, 10:49 "Formula 2": Azərbaycan Qran-prisində sərbəst yürüş başlayıb Bu gün, 10:49 Formula 1-lə bağlı metronun iş SAATI DƏYİŞİR Bu gün, 10:48 Rəqsanə İsmayılovaya ağır itki üz verdi Bu gün, 10:48 Xocalıdan 9 yaşında çıxan Ləfxanım yurduna qayıdıb Bu gün, 10:48 Aktyordan "Kurtlar Vadisi" etirafı: "Biz bir şey izləyirdik, 3 gün sonra reallaşırdı" Bu gün, 10:48 Bakıda Formula 1 həyəcanı başlayır: Qran-prinin ilk günündə 5 yürüş keçiriləcək Bu gün, 09:48 Bakıda hazırda bu yollarda sıxlıq var Bu gün, 09:48 Bakının iki rayonunda işıqlar sönəcək – SAATLAR AÇIQLANDI Bu gün, 09:48 Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv olunub Bu gün, 09:48 Bakının bu qəsəbəsində qaz kəsiləcək Bu gün, 09:48 Ceyhun Bayramov: TRIPP regional əlaqələrin inkişafına və sülhün möhkəmləndirilməsinə töhfə verəcək Bu gün, 09:48 Nuri Əhmədov vəfat etdi Bu gün, 09:48 Laçında dağlıq ərazidə yanğın olub Bu gün, 09:48 Süni intellekt hökumət sisteminə icazəsiz daxil oldu Bu gün, 09:48 Günəşdə güclü partlayışlar gözlənilir: Tarixlər açıqlandı Bu gün, 00:48 "Haber Global"ın 8 yaşı tamam olur Bu gün, 00:48 Lənkəran xəstəxanasında nə baş verib? - İşdən çıxarılan həkimlə bağlı yeni məlumat Dünən, 23:48 Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlar mərkəzini ziyarət edib Dünən, 23:48 Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI Dünən, 23:48 Leyla Əliyeva XIX əsrə aid ənənəvi Azərbaycan geyimində fotosunu paylaşdı Dünən, 23:48 Alyona Əliyeva 3 nömrəli xüsusi təhsil müəssisəsində olub Dünən, 23:48 Qazaxda açıq ərazidə yanğın baş verib Dünən, 22:48 Azərbaycanda dəhşətli cinayət: Nənə yeni doğulan nəvəsini avtomobildə boğaraq öldürüb Dünən, 22:48 Mbappe Olisenin "Real"a keçidi ilə bağlı danışdı: "Belə məsləhət vermək hörmətsizlik olardı" Dünən, 22:48 Ərdoğanla Paşinyan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib Dünən, 22:48 Azərbaycan millisi yoldaşlıq görüşündə qələbə qazandı Dünən, 22:48 Yeni yaranan planet aşkarlandı Dünən, 22:48 Namiq Mənanın meyxana dediyi restoranda nə baş verir? - Polis ərazini nəzarətə götürdü Dünən, 21:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR