
Alisson Bekker "Liverpul" tarixində Çempionlar Liqasında məhsuldar ötürmə edən ilk qapıçı olub.
AVESTA.AZ xəbər verir ki, braziliyalı qapıçı bu uğura UEFA Çempionlar Liqasının ümumi mərhələsinin V turunda "Brügge" ilə qarşılaşmada imza atıb.
İngiltərə təmsilçisi səfərdə Belçika klubunu 3:0 hesabı ilə məğlub edib. Matçın 82-ci dəqiqəsində Alisson Bekker Aleksander İsaka məhsuldar ötürmə verib.
Bununla da braziliyalı qapıçı "Liverpul" tarixində Çempionlar Liqasında qol ötürməsi edən ilk qapıçı kimi tarixə düşüb.
Qarşılaşmadan sonra "Brügge" 9 xalla turnir cədvəlinin 13-cü, "Liverpul" isə 12 xalla 5-ci pilləsində qərarlaşıb.
VI turda "Brügge" dekabrın 8-də səfərdə "Napoli" ilə, "Liverpul" isə dekabrın 9-da doğma meydanda "Portu" ilə qarşılaşacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.