
Üçüncü dəfə ana olan müğənni Rihanna qızı ilə bağlı paylaşım edib.
AVESTA.AZ xəbər verir ki, o övladının doğulmasından 12 gün sonra sosial şəbəkədə fotosunu paylaşıb.
Sənətçi qızının adını Roki Ayriş qoyub.
Rihanna üçünücü hamiləliyini ilin ən böyük moda hadisəsi "Met Gala"da elan etmişdi. O tədbirə uzun göy rəngli libası ilə qatılmışdı.
Qeyd edək ki, Rihannanın həyat yoldaşı tanınmış amerikalı reper, müğənni və prodüser ASAP Rokidir. Cütlük 2022-ci ildə ilk övladları dünyaya gəldikdən sonra birgə yaşamağa başlayıb, lakin rəsmi toy mərasimi keçirməyiblər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.