
“Noyabrın 15-də Ukrayna ərazisinə, əsasən enerji obyektlərinə olmaqla, 85 raket zərbəsi endirilib”.
“AVESTA.AZ” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında yazıb.
Ukrayna lideri qeyd edib ki, daha 20-yə yaxın zərbə endiriləcəyi gözlənilir.
“Bilirəm ki, raket zərbələri bir çox şəhərlərdə enerjimizi kəsib. Ona görə də sizdən çox xahiş edirəm: özünüzə diqqət edin və bir müddət sığınacaqlarda qalın. Enerji ötürülməsinin bərpası üzərində işləyirik, biz hər şeyi bərpa edəcəyik, hər şeyin öhdəsindən gələcəyik”, - o bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.