28-09-2025, 21:48 351

Universitetlərlə valideynləri üz-üzə gətirən problem - Təhsil haqqı necə ödənməlidir?

"Oğlum Qərbi Kaspi Universitetinin ikinci kursunda ödənişli əsaslarla təhsil alır. Qəbul olan il 2 500 AZN olan təhsil haqqını birdəfəlik köçürdük. O vaxt bildirildi ki, növbəti ildən ödənişi iki semestr ərzində və ya hissə-hissə ödəyə bilərsiniz. Amma bu günlərdə oğlumun telefonuna universitetdən gələn "sentyabrın 15-ə qədər təhsil haqqının hamısını ödəməlisiniz" xəbərdarlığı bizi çətin vəziyyətə salıb. Universitetlə əlaqə saxlayıb narazılığımızı bildirdik. Dedilər ki, güzəşt yalnız şəhid ailələrinə, veteranlara, qazilərə olunur, qalan tələbələr ödənişi birdəfəlik köçürməlidir".

Redaksiyamıza daxil olan müraciətlə bağlı sözügedən ali məktəbin fakültə üzrə dekanı ilə əlaqə saxladıq. O da bu ildən belə bir qərar qəbul olunduğunu təsdiqlədi.

Ali təhsil ocaqlarının ödənişli əsaslarla oxuyan tələbələrə münasibətində yaranan bu dəyişikliyin səbəbi həqiqətən ziddiyyətlidir.

AVESTA.AZ mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Daxili qaydalarla tənzimlənən məsələ

Elm və Təhsil Nazirliyindən bildirilib ki, Nazirliyin Kollegiyasının 2 sentyabr 2016-cı il tarixli 3-1/1 nömrəli qərarına əsasən, ali təhsil müəssisələrinə ödənişli əsaslarla təhsil alan tələbələrin təhsil haqlarını təhsil aldıqları müddətdə yarımilliklər üzrə ödəmələrinə şərait yaratmaları tövsiyə edilib: "Eyni zamanda bildiririk ki, təhsil haqqının ödənilmə forması, müddəti və mərhələləri hər bir ali təhsil müəssisəsinin müəyyən etdiyi daxili qaydalarla tənzimlənir. Güzəştlərin tətbiqi də həmin ali təhsil müəssisələrinin səlahiyyətindədir və onlar tərəfindən qəbul edilmiş qərarlara uyğun olaraq həyata keçirilir".

Universitetlərlə valideynləri üz-üzə gətirən problem - Təhsil haqqı necə ödənməlidir?

"Sosial çətinliyi olan ailələri nəzərə almaq lazımdır"

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elnarə Akimovanın fikrincə, təhsil haqqının birdəfəlik ödənilməsi bəzi ailələr üçün ağır olur: "Əlbəttə, ödənişin yarımillik, hətta rüblük bölünməsi daha çevik yanaşmadır və sosial ədalət baxımından da uyğundur". Millət vəkili bildirib ki, bəzi özəl universitetlər maliyyə sabitliyi üçün daha çox birdəfəlik ödənişi üstün tuturlar: "Onların büdcə planlamasında bu, rahatlıq yaradır. Amma sosial çətinliyi olan ailələri nəzərə almaq lazımdır. Elm və Təhsil Nazirliyinin ödənişlərin hissə-hissə ödənilməsi ilə bağlı tövsiyəsi əslində tələbə hüquqlarının qorunmasına yönəlib. Lakin bu tövsiyə məcburi xarakter daşımadığından bəzi özəl universitetlər istədikləri qaydanı tətbiq edirlər". E.Akimovanın fikrincə, yaxşı olar ki, qaydalar tədris ili başlamazdan əvvəl müqavilədə aydın şəkildə göstərilsin və sonradan dəyişdirilməsin: "Ailələrin ödəmə qabiliyyəti nəzərə alınmalı, təhsil haqqı ödəmələrinin bölünməsi daha çox yayğın olmalıdır. Bu işdə məncə, xüsusi dövlət nəzarəti olmalıdır. Yəni nazirliyin tövsiyəsi tövsiyə olaraq deyil, hüquqi norma kimi tətbiq olunsa, tələbələrin sosial müdafiəsi daha güclü olar".

Universitetlərlə valideynləri üz-üzə gətirən problem - Təhsil haqqı necə ödənməlidir?

"Hər bir addım qanun çərçivəsində idarə edilməlidir"

Kembric Universitetinin professoru Qərib Mürşüdov Böyük Britaniya universitetlərindəki təhsil haqqı ödənişləri haqqında məlumat verərək bildirib ki, orada özəl universitetlər azdır: "Əksər və ən məşhur ali təhsil ocaqları dövlət universitetləridir. Amma dövlət universitetlərində də təhsil pulsuz deyil. Hər bir yerli tələbə dövlət universitetində oxuyanda hər il 9-10 min funt ödəməlidir. Bunu ödəmək üçün xüsusi borc sistemi var. Tələbələr borc götürür və ancaq iş tapandan sonra borcları ödəyirlər". Professorun sözlərinə görə, Böyük Britaniyada özəl universitetlərdə belə tələbə borclarına çıxış məhdud olur: "Ailə vəziyyətlərindən asılı olaraq, tələbələr həm dərs pulu, həm də yaşamaq üçün borclar ala bilirlər. Böyük Britaniyada orta məktəb şagirdləri üç və ya beş il əvvəlcədən bilirlər ki, təhsil haqqı nə qədərdir. Təhsil haqqının məbləğini dəyişmək üçün xüsusi dövlət qurumu qərar verməlidir və bu, cəmiyyətdə müzakirə olunur. Bunu da ancaq bir neçə ildən sonra dəyişmək mümkündür". Q.Mürşüdov hesab edir ki, əgər universitet tələbə ilə bağlanan müqaviləni pozubsa, onu məhkəməyə vermək lazımdır: "Hər bir addım qanun çərçivəsində idarə edilməlidir. Əgər universitet təhsilini tənzimləyən qanunlar yoxdursa, onda bu haqda fikirləşmək lazımdır. Təəssüf ki, hazırda əlaqədar qurumların buna vaxtı yoxdur. Onlar uzun müddət problemlər içərisində olan orta məktəb təhsilinin müasirləşməsi ilə məşğuldurlar".

Universitetlərlə valideynləri üz-üzə gətirən problem - Təhsil haqqı necə ödənməlidir?

"Nazirlik tövsiyəsini verib, qalanı universitetin daxili işidir"

Təhsil məsələləri üzrə ekspert Asif Cahangirov hesab edir ki, universitetlər verdikləri qərarları özlərinin iqtisadi durumu, strateji planları ilə bağlayırlar. Əgər universitet bu qərarı verirsə, demək onun bir əsası var. Universitet hansısa razılaşma ilə fərdi qaydada güzəşt də edə bilər. Bu baxımdan, universitetə göstəriş vermək düzgün olmaz. Onların öz planları var. Nazirlik tövsiyəsini verib, qalanı universitetin daxili işidir". Ekspert bildirir ki, Çində özəl beynəlxalq məktəblərə valideynlər ödənişi ildə bir dəfə edir: "Amma bizdə elə müəssisə var ki, yarım ildən bir, eləsi var rübdə bir dəfə istəyir. Elə təhsil ocağı da var ki, hər ayda bir dəfə ödəməyə imkan yaradır. Bu, universitetlərin özləri üçün müəyyənləşdirdikləri qaydalardan asılı olan məsələdir".

Paylaş

Xəbər lenti

Bir telekanalın yayımı dayandırıldı Bu gün, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Bu gün, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Bu gün, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Bu gün, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Bu gün, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Bu gün, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Bu gün, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Bu gün, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Bu gün, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Bu gün, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Bu gün, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Bu gün, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Bu gün, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Bu gün, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Bu gün, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Bu gün, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Bu gün, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Bu gün, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Bu gün, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Bu gün, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Bu gün, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Bu gün, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Bu gün, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Bu gün, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Bu gün, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Bu gün, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Bu gün, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Bu gün, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Bu gün, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Bu gün, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Bu gün, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Bu gün, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Bu gün, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Bu gün, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Bu gün, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Bu gün, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Bu gün, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Bu gün, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Bu gün, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Bu gün, 16:48 Məşhur xanəndənin qayınanası: "Adını eşidən kimi sevinirəm" Bu gün, 16:48 Azərbaycan neft ixracından gəlirlərini 12 %-dən çox artırıb Bu gün, 16:48 Azərbaycanda nəvə babasının evini qarət etdi Bu gün, 16:48 Xətaidə çoxmərtəbəli yaşayış binasında YANĞIN Bu gün, 16:48 Murat Ülker "Azersun Holding"in rəhbərliyi ilə görüşüb Bu gün, 16:48 Çingiz Mustafayev: "Azərbaycanda düşünmürəm ki, kiminsə mənim mahnılarıma ehtiyacı ola" Bu gün, 16:48 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - RƏSMİ Bu gün, 15:48 SOCAR ilə Schneider Electric arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR