
Çilinin Səhiyyə Nazirliyi çərşənbə günü ölkədə meymunçiçəyi xəstəliyindən ilk ölüm faktını təsdiqləyib.
"AVESTA.AZ" TASS-a istinadən xəbər verir ki, bu barədə nazirliyin məlumatında deyilir.
"Səhiyyə Nazirliyi Çilidə meymunçiçəyinin ağırlaşması nəticəsində ilk ölüm hadisəsi barədə məlumat verir. Bu, sentyabrın 29-da xəstəlik diaqnozu qoyulan yaşlı kişidir", - məlumatda deyilir.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, onun xroniki xəstəlikləri olub, immuniteti zəifləyib.
Bu günə qədər Çilidə meymunçiçəyinə 1 200-dən çox yoluxma müəyyən edilib. Oktyabr ayında ölkədə risk qruplarında bu xəstəliyə qarşı peyvəndlərə başlanılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.