
Bakıda usta zavodun dam örtüyündən yıxılaraq ölüb.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, oktyabrın 5-i saat 15 radələrində İsmayıllı rayon sakini 1996-cı il təvəllüdlü Əfqan Ədalət oğlu Babayev Sahil qəsəbəsinin ərazisində yerləşən kərpic zavodunun dam örtüyünü təmir edərkən yıxılaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.