
Bakının Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, hadisə Mərdanov Qardaşları küçəsi 59 ünvanında qeydə alınıb.
Məlumata görə, naməlum şəxs yaşayış binasının blokuna daxil olaraq orada saxlanılan velosipedi oğurlayıb. Hadisə anı binanın təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Görüntülərdə oğrunun sakit və planlı şəkildə binaya daxil olduğu, qısa müddətdə velosipedi götürərək ərazidən uzaqlaşdığı əks olunur.
Artıq məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.
Sözügedən görüntüləri təqdim edirik:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.