
Çinin cənubundakı Guangdong əyalətində "Matmo" tayfununun güclənməsi səbəbilə təxminən 200 min nəfər təhlükəsiz ərazilərə köçürülüb.
AVESTA.AZ xəbər verir ki, tayfun Zhanjiang şəhərinin Xuven rayonunun şərq sahillərinə çatıb.
Hainan bölgəsində isə ötən gün etibarilə yüksək riskli ərazilərdən 197 mindən çox insanın təxliyə edildiyi bildirilib.
Rəsmilər təhlükəli hava şəraiti ilə bağlı "qırmızı xəbərdarlığın" hələ də qüvvədə olduğunu açıqlayıblar.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.